Vicdan fasiləsiz davam edən vəhyin adıdır. Allah hər saniyə möminə nə etməsinin lazım olduğunu vəhy edər. O vəhyə könlü yaxşı bağlamaq lazımdır. Eşidilməyən, görünməyən vəhy olsa, insan üçün itki olar. Heç bir vəhyi unutmamaq, görməzlikdən gəlməmək lazımdır. Bu olsa, o insan hər şeyi qazanmış olar.
(A9 TV; 22 noyabr 2017)
Tayyib hocam İslam aləminə açıqca gəlin birləşək çağırışı etsin. Tayyib hocamdan başqa İslam aləminin dərdləri ilə maraqlanan elə də çox insan yoxdur. Tayyib hocam müsəlman ölkələrinin liderlərini külliyəyə dəvət etsin, rəsmi olaraq olmasa da; “siz İslam ölkələri birləşsin deyirsiniz, yoxsa demirsiniz? Axan qanı, edilən zülmü görmürsünüz?” deyə soruşsun. İslam ölkələri liderlərinin çoxu ağır yuxu halındadır. Tayyib hocam bu yuxunu yox etmək üçün tez-tez bunlara müraciət etsin, İslam Birliyi fikrinə bütün dünyanı alışdırsın.
(A9 TV; 22 noyabr 2017)
Müsəlman Quranla müsəlmanların sayının artmasını istəyər. Münafiq isə Quranla müsəlmanları dağıtmağa çalışar. Münafiq axmaqlığı Quranı haşa yox etmək üçün Qurandan istifadə etməyə çalışmasıdır. Münafiq heç bir şəkildə müsəlmanların rəhbəri olmasını və həmrəy olmasını istəməz.
(A9 TV; 21 noyabr 2017)
Münafiq, cinayətkar sayı artsın deyə özünə həmişə insan çağırar. Özlərinin şəxsiyyətsiz olduqlarını bildikləri və 3-5 nəfər olduqları üçün həmişə yanlarına insan çağırarlar. Münafiq müsəlmanların sayının artmasını və müsəlmanların birlik olmasını istəməz. Tək istədiyi müsəlmanların dağılmasıdır. Həmçinin ən təsirli hesab etdiyi müsəlmanları beyninə salar. Bu, çox böyük namərdlik və alçaqlıqdır.
(A9 TV; 21 noyabr 2017)
İnsan beyni səmimiyyəti gördüyü zaman dərhal tanıyar. Qadın səmimiyyəti gördüyü zaman beyni, ruhu, bədəni açılar. Qeyri-səmimilik gördüyü zaman isə o insanı heyrətamiz dərəcədə xoşagəlməz görməyə başlayar. Buna görə də, qadınlara qarşı mütləq səmimi olmaq lazımdır. İkincisi də qadını bütləşdirməmək, Allahın qulu olduğunu unutmamaq əhəmiyyətlidir. Həmçinin qadına hər zaman qoruyucu yanaşmaq, güvən vermək, ləyaqətini, şərəfini ən gözəl şəkildə qorumaq lazımdır. Bunun üçün də o insanın ağıllı, səmimi və Allahdan qorxan olması lazımdır. O zaman Allah o qadının ruhunu sənə açar.
(A9 TV; 21 noyabr 2017)
Münafiq o axmaq ağlı ilə Peyğəmbərdən daha yaxşı düşündüyünü iddia edər. Hətta elə ruh xəstəsidir ki, özünü haşa Allahdan belə üstün görər. Allaha dinini öyrətməyə cəhd edəcək qədər ağılsızdır.
(A9 TV; 21 noyabr 2017)
Allah duanın, səmimi, insanın özünün eşidəcəyi səslə için-için və ixlasla olmasının lazım olduğunu Quranda bildirmişdir.
(A9 TV; 21 noyabr 2017)
Hz. Mehdinin vəzifəsi ədalət, gözəllik və sevgidir. Bütün dünyaya sevgini, mərhəməti, sülhü, incəsənəti, gözəlliyi, sevinci, fərəhliyi hakim edər. Mehdi bütün gözəl mənəvi ünsürləri coşduran insandır.
(A9 TV; 21 noyabr 2017)
Ölümlə birlikdə kəskin aydınlıq artımı olacaq. İnsan öldüyü andan etibarən bu dünyadakı həyatın yuxu olduğuna qəti qənaət gətirəcək.
(A9 TV; 21 noyabr 2017)
Anaya və ataya olan sevgi məlum olan sevgidən fərqlidir. Ana-ata sevgisi bambaşqa ölçüdür. Ailə içində tərif edilə bilməyən çox köklü, dərin sədaqətə və vəfaya əsaslanan, dərin mərhəmət və şəfqətə əsaslanan sevgi əlaqəsi vardır. Sevgili sevgisi isə daha fərqlidir. Beş duyğu ilə ifadə edilən, dərin ehtirasa açıq olan sevgidir. İnsan ehtirası halalına bəsləyər. Ehtiras ucsuz-bucaqsız dəlisov duyğudur. Şiddətli həzz mənbəyidir. Şiddətli zövq verən nemətdir.
(A9 TV; 21 noyabr 2017)





