Münafiq müsəlmanların yanında olarkən İslama göstərdiyi xidmətdən ötrü çox böyük əzab çəkər. Müsəlmanlar hər keçən gün güclənərkən, münafiqlər həmişə əzilib alçaldılmışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr hər gün daha da güc, qüvvət, heybət qazanarkən münafiqlər qotur it kimi alçaldılaraq, sürünərək yaşadılar.

(A9 TV; 22 noyabr 2017)

Münafiqin mövcudluğu müsəlmanların bir-birinə möhkəm birləşməsinə vəsilə olar. Müsəlman münafiqi görərək Allahın nemətlərindən daha çox zövq alar. Münafiq həmlə etdikcə mömin gümrahlaşar, cavanlaşar, canlanar. Münafiqdə isə bu daha böyük çökməyə səbəb olar.

(A9 TV; 22 noyabr 2017)

Qadın hüquqlarını qoruyarkən, qadınların azad olduğunu faktiki olaraq göstərmək əhəmiyyətlidir. Şifahi zəmanət təkbaşına kifayət etməz. Qadının istədiyi kimi geyinə biləcəyi, şən yaşayacağını, paltarına heç kimin qarışmayacağını, istədiyi kimi əylənə biləcəyini göstərərək ən gözəl zəmanət verilər. Bizim nəşrlərimiz bəhs etdiyimiz azad, ziyalı İslam anlayışının necə gözəllik olduğunun dəlilidir. Bu əsr qadınların əsri olacaq, artıq azad olacaqlar. Allahın icazəsi ilə dünyanı cənnətə döndərəcəyik.

(A9 TV; 22 noyabr 2017)

Ən alçaq insanlar münafiqlərdir. Namərd və alçaqdırlar. Dünyadakı hər cür zülmü bir kənara qoyub, ən müvəffəqiyyətli, ən təsirli gördükləri müsəlmanlarla mübarizə apararlar. Münafiqlərin bu mübarizəsi ən başından uduzulmuş mübarizədir. Bu axmaqların yeri cəhənnəmin ən dərin yeridir.

(A9 TV; 22 noyabr 2017)

Bütün həyatını Allaha həsr etmiş, Qurana tam tabe olan insan sayı azdır. İnsanların çoxu arada bir kasıba kömək edər, hərdənbir namaz qılar. Sonra Allah soruşduğu zaman, mən bunları etmişdim dəyəcəyini zənn edər. Öz zəif ağlı ilə Allahı haşa aldada biləcəyini zənn edər. Allah sonsuz ağıldır. Allahı haşa aldatmağa cəhd edən olsa, Allah bu oyununu başına keçirdər.

(A9 TV; 22 noyabr 2017)

İnsanların böyük əksəriyyəti Allaha iman gətirməz, iman gətirənlərin böyük əksəriyyəti də şirk qoşmadan iman gətirməz. Ruh sahibi olan müsəlman, insanların arasında sanki Cəbrayıl kimi olacaq, insanlara ağıllı və səbirli yanaşacaq. Çünki Allah bu insanları xüsusi olaraq zalım, cahil və nankor olaraq yaratmışdır. Mömin həm bunu, həm də öz fiziki zəifliyini nəzərə alaraq, mələk əxlaqı və qətiyyəti ilə irəliləməlidir.

(A9 TV; 22 noyabr 2017)

Haram və halallar Quranda bəllidir. Quranda yazmadığı halda nemətləri haram etmək şeytanın təsiri ilə yaranmış sistemdir. Lakin Türkiyə ziyalı ölkədir və xalqımız xurafatları qəbul etməz. Hər kəsin evində qəzet var, televizor var. Aydındır ki, heç kim rəsmin, musiqinin və sairənin haram olduğu kimi xurafatlara inanmır.

(A9 TV; 22 noyabr 2017)

İngiltərə dərin dövlətinin və qollarının 2018-ci ildə millətimizə və ölkəmizə qarşı planlarına çox diqqətli olaq. Buna qarşı həm gənclərimizi, həm də xalqımızı yaxşı yetişdirək. Hazırlıqlı olaq, qətiyyətli olaq. Bunlar qorxaq xalqlara görə tənzimləniblər. Digər ölkələrdə buna görə işləri asan oldu. Qoçu ölkələrə isə gücləri çatmır. Tayyib hocama da yaxşı sahib çıxaq. Türkiyəyə bir şey edə bilməyəcəklərini göstərək. Bunlar Türkiyəni təslim almağın qapısı olaraq Tayyib hocamı təslim almağı düşünürlər. Buna görə də, Tayyib hocamı heç kimə verməyəcəyik.

(A9 TV; 22 noyabr 2017)

Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir.

(A9 TV; 22 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)