İnsanlar möhkəm mala, pula bel bağlayırlar, halbuki bunların hamısı beynində yaradılır. İnsanların çöldə zənn etdiyi lakin yalnız beyinlərində yaradılan dollarların rəngi əslində yaşıl deyil. Onlar çöldə qapqara qaranlıqdırlar. Günəş də qaranlıqdır, işığı bizim beynimizdə yaradılar.

Bizim internet saytlarımız universitetlərə də açıqdır. Bu saytlar bir çox universitetin bir araya gəlməsi kimidir. O universiteti yaradan da Allahdır, kompüteri yaradan da Allahdır. Oradakı hər yazını, hər rəqəmi Allah xüsusi olaraq yaradar.

Vəhdəti-vücud bizim görüşümüz deyil. Hər şeyi Allah yoxdan və zamansız olaraq yaradar. Allahın haşa gözləməyə ehtiyacı yoxdur. Zaman bizə görə vardır, bizim üçün yaradılmışdır. Allah üçün zaman yoxdur, zamanı yaradan Allahdır.

Axirətdə hər kəs cəhənnəmin kənarına gətirilir. Orada zülm edənlərin qürurunu qırmaq üçün Allah, onları cəhənnəmin ətrafında dizüstü çökdürür. Müsəlmanlar da oraya gəlir, Allah Müsəlmanları ayırır. Onların önlərində və sağlarında işıq olur. Dizüstü çökənlər isə cəhənnəmə aparılır.

De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər” (Məryəm Surəsi, 75) Allah keçmişdəki azğın qövmlərə də şans vermişdir. Allah, Darvinizmə də 150 illik uzun bir vaxt şansı verdi. Özlərinə vəd ediləni, Mehdini, İslamın yüksəlişini, Türk İslam Birliyini görəndə, öz ordularının heç olduğunu anlayacaqlar.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)