Hz. Mehdi (ə.s) vəfat etdiyində, “Ya rəbbim ona cənnətini nəsib et” deyəcəyik. Amma o dövrdə Hz. İsa (ə.s) vəzifədə olacaq. Hz. Mehdi (ə.s)-ın cənazə namazını Hz. İsa (ə.s) qıldıracaq. Hz. İsa (ə.s) vəzifədə olduğu üçün, Hz. Mehdi (ə.s)-ın vəfatı Müsəlmanları sarsıtmayacaq. Amma Hz. İsa (ə.s)-ın vəfatından sonra Müsəlmanlar bir boşluğa düşəcəklər. Daim qarışıqlıq yaşanacaq.

Qarışıqlıq başladıqdan sonra Hicri 1506-cı ildən sonra küfrə qarşı bir mübarizə başlayar amma müəyyən səviyyədə. Hicri 1508-ci ildən sonra tarazlıq tamamilə pozulur. Hicri 1543-cü ilə qədər davam edir bu hal. 1543 -1545-ci illərdə cəmiyyətdə vəhşilik artar, artıq yer üzündə Müsəlman qalmaz. Ölüm, qırğın olacaq, binalar dağıdılacaq, məscidləri yandırılacaq, tam vəhşi və dəli bir qrup formalaşacaq. Yer üzündə Quran, hədis heç bir şey qalmayacaq. Dinə dair heç bir yazı tapılmayacaq. Tam “bəs qiyamət qopmayacaqdı?” dedikləri vaxtda isə qiyamət qarşılarına çıxacaq.

Qiyamət vaxtı gəldikdə, axşama yaxın vaxtda səsli bir toqquşma meydana gələcək. Kül kimi olacaq. Dəhşətli bir zəlzələ başlayacaq və sona çatmayacaq. İnsanlar küçələrə töküləcək. Yer üzü getdikcə düzənlik halına gəlməyə başlayacaq. Uşaqların saçları ağaracaq, ilk onların ruhları alınacaq, cəsəd halında gəzişəcəklər. Göy yarılacaq, qapqara kosmos görünəcək. Atmosfer təbəqəsi tamamilə açılacaq. Ardından yenə bir toqquşma daha olacaq və onunla birlikdə dünyanın hərəkət istiqaməti tərs çevriləcək. Günəş Qərbdən doğulmuş, mələklər yer üzünə enmiş olacaqlar. Artıq imtahan mühiti sona çatmış olacaq.

İnsanlar qəflət içindədir, Qiyamətə hazır deyillər, onları bu vəziyyətə gətirməyə çalışanlar var. Allah qorusun bu əziyyət verər sizə, məhv edərsiniz özünüzü. Qiyamət mövzusunda izah etdiklərimin hamısı doğrudur. Dünyanın ətrafında böyük bir meteorit yığnağı oldu. Nemesis də dünyanın yanına yaxınlaşdı. Heç gözlənilməyən bir anda ulduz atan bir ulduzdur bu. Yeri müəyyən deyil, gözlə görülmür və birdən meteorit atır. Dünyanı vurmaq üçün, edam üçün gəldi Nemesis. Dünyanın cəlladıdır Nemesis.

Bəzi seqmentlərin mürtəceliyə çox ehtiyacı vardır. Mürtəce olmadıqca İslamın həqiqətlərinə qarşı doğru davranmaları mümkün deyil. İslamın həqiqətlərinə qarşı özlərini hazırlayırlar. Lakin İslamın həqiqətlərini bircə-bircə izah etdikdə heç bir şey edə bilmədilər. Aydın bir İslam anlayışı universitetlərdə, məktəblərdə hər yerdə inkişaf edir. Xurafatları tamamilə təmizləndikcə, Quranla, həqiqətlərlə, məlumatlarla iddialarının hər birinə cavab verildikcə, edə biləcəkləri bir şey qalmır, mat qaldılar.

Hz. Mehdi (ə.s) gəlincə, Xristianlara və Yəhudilərə qarşı irəli sürülən hirs sistemi də ortadan qalxacaq. Məhz buna görə bir qisim insanlar Hz. Mehdi (ə.s)-ın gəlişini istəmirlər. Onlar, sevginin ortadan qalxıb, kinin hakim olmasını, qarşıdurmanın olmasını istəyirlər. Lakin Hz. Mehdi (ə.s) sülh və sevgi gətirəcək.

Hz. Mehdi (ə.s) dəccaliyyəti kökündən məhv edəcək. Hz. Mehdi (ə.s)-a qılınc təsir etməz, Hz. Mehdi (ə.s)-ı heç kim öldürə bilməz. Şeytanın dünya hakimiyyətini ortadan qaldırmasın deyə Hz. Mehdi (ə.s)-a qarşı bir çox insan mübarizə aparacaq. Lakin onu mübarizədən çəkindirə biləcəklərmi, Əsla!

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)