Şeytan insanlara gözəlliyi çətin göstərir. Sevgini çətin göstərir. Nifrəti, sevgisizliyi isə asanlaşdırır. Beləliklə də insanlar, ən çətin şeyi asan, ən asanı çətin görməyə başlayırlar. Halbuki Allah Quranda, “səni asan olanda müvəffəqiyyətli edəcəyik” deyir.
İnterneti yaradan da Allahdır, kompüteri yaradan da Allahdır. İnsanların, çox vaxt beyinlərinin içindəki kompüteri gördüklərindən, beyinlərinin içindəki düymələrə basdıqlarından xəbərləri yox. Kompüter ekranının əsli, eşikdə şəffaf və qapqaranlıqdır. İnsanlar bu sirri bilsələr bir an yerlərində dayana bilməzlər.
Mehdiyyətin inkişaf etdiyi dövrdə əleyhdarların olması, anti-Mehdi hərəkətin olması normal haldır. Dəccal yoxdursa süfyan, yoxdursa Hz. Mehdi (ə.s) də yoxdur.
Darvin olmasa Hz. Mehdi (ə.s) də olmaz. Ateistlər də, Mehdiyyətin həyəcanını artıran varlıqlardır. Allah bütün bunları xüsusiylə yaradır.
Kiçik bir qrupla, Darvinistlərin, xurafatçıların meydana gətirdiyi nəhəng bir quruluşa qarşı mübarizə edirik. Qarşımızdakıların ortaq xüsusiyyəti isə anti-Mehdiyyət olmalarıdır.
2012-ci il önəmli bir ildir, Mehdiyyətin hücum illərindəndir.
Hz. Mehdi (ə.s) bütün məzhəbləri qaldıracaq. Ələvi, Sünni, Şiə hamımız qardaşıq. Türk İslam Birliyi yaradıldığında coşğulu bir qardaşlıq olacaq.
Fanatizm və gericilik hiyləgər bir təhlükədir, gericiliyə qarşı mübarizə isə Quranla mümkündür.
Sevgiylə qucaqlaşmaq, sevgiyə qol açmaq, mehdiyyətdir, kəsmək isə dəccaliyyətdir.
Ustad Bədiüzzamanın ifadəsinə görə, Hz. Mehdi (ə.s) kiçik bir qrupla Darvinizmə qarşı üstün bir müvəffəqiyyət əldə edəcək.





