Hz. Musa (ə.s) Müsəlman idi, Hz. İsa (ə.s) Müsəlman idi. Yəhudilər Hz. Məhəmməd (s.ə.v)-ə iman etdiklərində Hz. Musa (ə.s) dövrü Müsəlmanı olarlar. Qüsursuz dindar olarlar. İsəvilər də, Hz. Məhəmməd (s.ə.v)-ə iman etdiklərində, Hz. İsa (ə.s.) dövrü Müsəlmanı olarlar. Xristianlığı tam yaşayarlar. Hz. Məhəmməd (s.ə.v)-ə iman; Yəhudilərin əlindən Hz. Musa (a.s)-ı almaz, Xristianların əlindən Hz. İsa (a.s.)-ı almaz. Əksinə, onları bir-birilərinə daha çox yaxınlaşdırar.
Bütün peyğəmbərlərə olduğu kimi Hz. Musa (ə.s)-a da sevgim çox böyük. O da, Hz. Mehdi (ə.s) olmaq üçün dəfələrlə dua etmişdir. O da Hz. Mehdi (ə.s)-ı gözləmişdir. Hz. Musa (ə.s), Hz. Mehdi (ə.s)-ın Qurana tabe olacağını bilirdi. Hz. Mehdi (ə.s) olmağı bu səbəbdən istəyirdi.
Hirs, təqva əlaməti deyil fitnə əlamətidir, bunu belə qəbul etmək lazımdır.
Ölümlü olan insan üçün Allahın sonsuza qədər diri olması çox böyük bir gözəllik və insan üçün çox böyük lütfdür.
Darvinizm, materializm atomun ağıllı maddə olduğuna inanan dindir. Bu ağılla şüursuz atomların bir yerə toplanıb görməyi, eşitməyi, dadmağı meydana gətirdiyinə inanan bir dindir bu. Şumerlərdən və hətta daha qədim dövrlərdən qalan bir dindir Darvinizm.
Kim Darvinist bir dünyaya inanır, Allah da bu adama, o inanca uyğun bir cəhənnəm yaradır. Orada, təkamül necə olur, mutasiya necə olur onlara göstərir. Orada hər şey pərakəndə, nizamsız, hər şey əziyyət verici, hər şey can yandırıcıdır.
Dəccal bədbəxtlik meydana gətirər, Hz. Mehdi (ə.s)-a inanan xoşbəxt olacaq.
Quran bizə çətinlik gətirmir; bizə sevinc, azadlıq, fikirlərimizə aydınlıq gətirir. Zəncirlərin qırılmasını, yollarımızın açılmasını istəyir. Xurafatçılar çətinlik çəkməyimizi istəyirlər. İbadətlər çətin olsun, namaz, zəkat, təbəssüm, sevinmək, dostluq, bunları çətinləşdirirlər. Halbuki, Allah “QURANI ÇƏTİNLİK ÜÇÜN NAZİL ETMƏDİK” deyir…
“Məsih və yüksək məqam sahibi mələklər, Allaha qul olmaqdan qəti bitərəf qalmazlar.” İsa Məsih ölmədiyi, canlı olduğu üçün Allahın Qatında mələklərlə birlikdə ibadət edir. Bu ayə, Hz. İsa (ə.s)-ın sağ olduğuna dəlildir.
Allah, Quranda elmə və sənətə təşviq edər. Elm və sənət Müsəlmanın ayrılmaz məşğuliyyətləridir.





