Darvinistlərin, materialistlərin bir qismi qürurundan, bir qismi isə məcburiyyətdən, onlara göstərilən təzyiqdən inanmırlar. “Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər” deyir Allah. Necə ki, daşa bir şeyi izah etsən də bir reaksiya verməz, heç təsirlənməzlər deyir Allah.

Bizim təbliğ etməkdə hədəfimiz Qurana uyğun yaşayan insanlar yetişdirmək olacaq. İçi titrəyərək Allahdan qorxan insanlar tərbiyələndirməkdir məqsədimiz. İman həqiqətləri izah etməkdir. Məqsədi başa düşməyən birinə fiqh haqda danışmaq deyil, insanların elməl yakin və hakkəl yakin iman etmələrini təmin etməkdir.

Hər şeyi Allah yaradar, qul heç bir şey edə bilməz. Allah insanın ağzını, qırtlağını vəsilə edər biz də onları dinləyərik. Bu, bütün insanlarda belədir. Bütün güc və qüvvət yalnız Allahındır.

Münafiq, Quranın qeyri-kafi olduğunu qəbul edər. Ən böyük xüsusiyyətlərindən biri isə Müsəlmana zərər vermək istəməsidir. Münafiq daima yalan danışar və münafiqin ən sevmədiyi mövzulardan biri Allah yolunda bir şey xərcləməkdir.

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)