Allah Quranda münafiqlərin alçaldılmasını bildirmişdir. Ayəyə görə münafiqlərin alçaldılması möminlərə maddi və mənəvi şəfadır. Müsəlmanlar hər münafiq hücumunda daha sağlam, daha gümrah, daha güclü olarlar. Münafiqlər isə fiziki cəhətdən də, əqli cəhətdən də, maddi cəhətdən də çökərlər.
(A9 TV; 23 noyabr 2017)
Münafiq ucsuz-bucaqsız azad yaşadığını, istədiyi kimi İslama hücum etdiyini düşünər, halbuki təkcə taleyindəki hücumu edə bilər. Həmçinin münafiqin hər hücumu ilə müsəlmanlar heyrətamiz bərəkət qazanar. Müsəlmanların yeni üfüqlər qazanmasına vəsilə olarlar. Münafiqlər olmasa müsəlmanlar içinə qapalı və tənbəl ola bilər. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə hər münafiq hücumu ilə səhabələrin həm Peyğəmbərə bağlılıqları artdı, həm mübarizə əzmləri artdı, həm də tədbir alma cəhətləri inkişaf etdi daha çevik hala gəldilər.
(A9 TV; 23 noyabr 2017)
Hz. Süleyman şeytanları illərlə İslama xidmət etdirmişdir. Münafiqlər də şeytan olaraq müsəlmanların yanına gələr və İslama 15-20 il xidmət edərlər. Müsəlmanların yanındakı vaxtının bitməsinə yaxın şeytan daha çox üzərilərinə nüfuz edər. Hz. Süleyman şeytanlara çox yaxşı nəzarət edir və işlədirdi. Hədislərdə Mehdinin də münafiqləri çox yaxşı işlədib tam mənası ilə fikri olaraq zərərsizləşdirəcəyi bildirilib.
(A9 TV; 23 noyabr 2017)
Həmişə qəzəbli olan insanın təvəkkülü çox zəifdir, şirk bataqlığına düşmüşdür. Həmişə qəzəbli olmaq ciddi sinir zəifliyidir və əhəmiyyətli məsələdir. Əgər insan həmişə gərgin və əsəbidirsə, insanları, əşyaları, hadisələri bütləşdirmiş deməkdir. O da onu gərginliyə salmışdır. Əsəbin mənşəyi Allahı unutmaqdır. Hər şeyi Allahın yaratdığına inanmış olan Allaha özünü tam təslim edən çox hüzurlu yaşayar. Bütün xəstəliklərin, narahatlıqların təməlində Allaha təvəkkül edə bilməmək var.
(A9 TV; 23 noyabr 2017)
Ruhun kamallaşıb yetkinləşməsi insanın hər an Allah üçün nə edə bilərəm deyə düşünməsi ilə mümkündür. O zaman ruh cənnətdən dərin zövq alan keyfiyyətə nail olar. Boş gəzən, hədəfi, həyəcanı olmayan insanın ruhunun dərinlik qazanması qeyri-mümkündür.
(A9 TV; 23 noyabr 2017)
Beyin də kölgə varlıqdır. Beyindən ruh yaranmaz. Ruhdan beyin yaranar. Beyin dediyiniz, qəssabda gördüyünüz ət və yağ parçasıdır. Hər şey Allahın ruhudur.
(A9 TV; 23 noyabr 2017)
Suriyada məsələni heç uzatmadan tezliklə hökumət yaradılsın, bu rəsmi hökumət olaraq dünyaya tanıdılsın. PYD məsələsində Türkiyə mövqeyində çox haqlıdır. Tayyib hocamın bu barədəki açıqlamaları da doğrudur. PKK və bütün terror qrupları Suriyadan təmizlənsin və məzlum Suriya xalqı artıq evinə qayıda bilsin.
(A9 TV; 23 noyabr 2017)
Qadını qorumaq, ona sevinc vermək, onun yaxşılığını, gözəlliyini mühafizə altına almaq zövqdür. Dəliqanlılar igid ruhlu olub qadınlara ən yaxşı şəkildə sahib çıxsınlar. Gənc qızları tək qoymaq yaraşmaz.
(A9 TV; 22 noyabr 2017)
Mömin; “ey Rəbb mənə coşğun iman ver. Sənin sevginlə yaratdıqlarını sevim” deyə dua etməlidir. Möminin yeganə istəyi bu olmalıdır. Çünki təkcə Allah var, Allahı sevmək var və Allah üçün Allahın yaratdıqlarını sevmək var. Bundan başqa həyatın mənası yoxdur.
(A9 TV; 22 noyabr 2017)
Münafiqlərin mövcudluğu müsəlmanlara çox fayda təmin edər. Müsəlmanlar öz dəyərlərini və nə qədər əhəmiyyətli olduqlarını daha yaxşı anlayarlar. Dostluqları güclənər, ittifaqları möhkəmlənər. Daha da gümrahlıq qazanarlar. Allahın nemətlərini daha çox düşünərlər. Bir-birilərini daha çox sevərlər. Şövqləri və əzmləri qat-qat artar.
(A9 TV; 22 noyabr 2017)





