İsa Məsihin zühur əlamətlərinin hamısının reallaşmış olması, İsa Məsihin yer üzünə enişi qədər ecazkar və möcüzəvi hadisədir. Peyğəmbərimiz (s.ə.v) 1000 xəbər vermişdir və bu xəbərin 1000-nin də doğru olaraq reallaşdığını görürük. 1000 xəbər doğru olduğuna görə 1001-ci də doğrudur. İsa Məsihin zühuru haqdır.
(A9 TV; 23 noyabr 2017)
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar.
(A9 TV; 23 noyabr 2017)
Hörmətli Dövlət Bahçeli həqiqi dava adamıdır. Partiyaçılıq məntiqi ilə hərəkət etmir. Allah, vətən, millət, dövlət üçün mübarizə aparır. Çox nəcib, çox keyfiyyətli, həqiqi dövlət xadimidir. Təbrik edirik. Allah uzun, xeyirli ömür nəsib etsin.
(A9 TV; 23 noyabr 2017)
Münafiqlər bir-birindən nifrət edər, lakin xoşlandıqlarını söylədikləri zaman, bu xoşlanma da çox iyrəncdir. Eynilə peyinqurdunun murdarlıqdan xoşlanması kimidir. Münafiqin iyrəncliyini Allah xüsusi olaraq yaratmışdır. Münafiqə baxaraq şeytanın iyrəncliyini tanıyarıq.
(A9 TV; 23 noyabr 2017)
İslama xidmətlə keçən hər dəqiqəsi münafiq üçün çox böyük əzabdır. Bu əzabı həmişə yazaraq axmaqcasına yüngülləşdirməyə çalışar. Lakin yazdığı hər sətirdə içi daha çox yanar və o yazdığı hər cümlə, hər söz üçün eyni zamanda cəhənnəmdə də ayrı yanacaq.
(A9 TV; 23 noyabr 2017)
Münafiq axmaq olduğunu şeytan ona bilgi vermədən anlaya bilməz. İllərlə İslama xidmət edər, sonra bir gün şeytan ona; “sən axmaqsan” dediyi zaman həmin anda axmaqlığını anlayar. İslama xidmətlə keçən hər günü əzab olaraq içinə oturar.
(A9 TV; 23 noyabr 2017)
Yunanistan bizim doğma qardaşımızdır. Bizi süni olaraq ayırdılar. Yunanlar bizim övladımızdır, onlar bizim canımızdır. Tayyib hocam Yunanistana getdiyi zaman danışsın sərhədləri açaq, vizaları ləğv edək desin. Allah razı olsun Tayyib hocamdan, Yunanistan səfəri inşaAllah çox bərəkətli olar.
(A9 TV; 23 noyabr 2017)
Düşüncə üfüqünü Allah açar. Səmimi olub özünü Allaha təslim edənə Allah hər şeyi açar. Bütün bilgi Allaha məxsusdur. Özümüzü rahat buraxdığımız zaman, Allah hər işimizi heyrətamiz bərəkətli və gözəl edər.
(A9 TV; 23 noyabr 2017)
Münafiqlər birlik kimi görünər, lakin hamısı bir-birindən nifrət edər. Bir-birləri haqqında hər şeyi deyər, qəzəblərini və nifrətlərini həmişə göstərərlər. Münafiqi yaxşı izləmək də ibadətdir. Oradan şeytanı tanımış olarıq.
(A9 TV; 23 noyabr 2017)
Heyvanlara zülm bilərəkdən edilirsə qarşılığı ağır həbs cəzası olmalıdır. Heyvanın dərdini anladacaq dili yoxdur. Heyvana zülm edənləri nəsillər boyu tanıtmaq, hər kəsə ifşa etmək lazımdır.
(A9 TV; 23 noyabr 2017)





