Duanın tək məqsədi Allahı sevmək, Allahla yaxın olmaq Allahla dostluqdur. Allahın gücünü bilib Onun gücünə təslim olmaq, Onun mövcudluğunda əriməkdir. Allah hadisənin düzəlməsi və duanı birlikdə yaratmışdır. Məqsəd təkcə Allaha sevgini artırmaqdır. Allahı sevən Allahın təcəllilərini də çox sevər. Hər şeyin məqsədi sevgidir.
(A9 TV; 24 noyabr 2017)
Cəmiyyətin xoşbəxt və hüzurlu yaşamasının cavabını müqəddəs kitablarda axtarmaq lazımdır. Kainatı, insanları və insanların acizliyini, bədbəxtliyini biz yaratmadıq. Bunları yaradan həll yolunu da yaratmışdır. Yaradan Qüvvənin nə dediyinə baxmaq lazımdır. Xəstəliyi yaradan şəfasını da yaratmışdır. Xəstəliyin həll yolu üçün Allah; “Mənə yaxın olun” deyir. “Əgər səmimi olsanız İslamı dünyaya hakim edəcəyəm” deyir. O zaman insanları həmişə səmimiyyətə dəvət etmək lazımdır. Səmimi olduğumuz zaman Allahın bizə birləşməyimizi və bir liderin ətrafında toplanmağımızın lazım olduğunu bildirdiyini görürük.
(A9 TV; 24 noyabr 2017)
Cəsarət qazanmağın iki yolu var. Birincisi xalqın böyük hissəsinin tətbiq etdiyi, qorxduğu şeyin üzərinə getməkdir. Lakin bunda qorxu adətən yox olmaz, tam əksinə stress əmələ gələr. İkinci və əsas olan yol isə Allaha sığınaraq, hər yerdə Allahın təcəllisi ilə üz-üzə olduğunu bilməyin hüzuru içində olmaqdır. Həmçinin Allaha; “ey Rəbb, məni cəsur et, qorxuları üzərimdən al” deyə dua etmək lazımdır.
(A9 TV; 24 noyabr 2017)
Dinlə lağ edilən mühitlərdə bu üslubun çirkin olduğunu ifadə etmək lazımdır. Allaha hörmət göstərmək gözəldir. Ayəyə görə müsəlman, dinə hörmət olmayan mühitdən qalxıb getməlidir.
(A9 TV; 24 noyabr 2017)
Tayyib hocamın son dövrdə danışıqlarında keyfiyyət, sevgi və incəsənəti vurğulaması çox gözəl oldu.
(A9 TV; 24 noyabr 2017)
Müəllimləri çox sevirik. Təkcə məktəbdə deyil, hər yerdə hörmət görmələri lazımdır. Müəllimlik müqəddəs vəzifədir. Bu gözəl insanlara hörmət göstərməmək çirkinlik olar.
(A9 TV; 24 noyabr 2017)
Gözümüzə yapışmış ekranın qarşısında yaşadığını anlayan insan üçün imandan başqa yol yoxdur. Maddənin əsli həqiqətini anlayan insanda dünyanın bütün çətinlikləri qarşısına çıxsa, bütün şeytanlar başına toplansa, bütün zalımlar qarşısına çıxsa, ən kiçik sarsılma olmaz. İnsanların əxlaqındakı pisliklərin təməlində həmişə iman zəifliyi var. Oyun oynamalar, vəfasızlıqlar, sədaqətsizliklər həmişə iman zəifliyindən irəli gələr.
(A9 TV; 23 noyabr 2017)
İnsan səhv etdiyi zaman üzülməz. Üzülmək şirk olar. Ağıl işlədərək, nəzakətlə, hadisəni ən sürətlə necə düzəldə biləcəyimizi tapmalıyıq. Bunu tapdığımız zaman yeni keyfiyyət, yeni irəliləyiş oldu deməkdir və möminə yenə qazanc olar.
(A9 TV; 23 noyabr 2017)
Xəstəliklər insanın Allaha yaxınlaşmasında çox mühüm vəsilədir. İnsanların çoxunda Allahdan uzaq dayanma məntiqi olur. Halbuki Allahdan uzaq olduğu zaman insan hər şeyini itirər; sevgi gücünü, dərinliyini, sevincini, mövcudluq məqsədini… Xəstəlik insanları bütün bu itkilərdən uzaqlaşdırar. Zahirdə çətinlik kimi görünər, lakin batində insana çox gözəllik qazandırar.
(A9 TV; 23 noyabr 2017)
Mehdiyə həm feili, həm də sözlü olaraq çoxlu hücum olacaq. Lakin heç bir feili hücum məqsədinə nail olmayacaq. Çünki Allah Mehdini, Cəbrayıl və Mikayıl da daxil olmaqla, minlərlə mələyi ilə qoruyar. Heç bir hücum Mehdiyə çata bilməz.
(A9 TV; 23 noyabr 2017)





