İncəsənət və azadlıq həyatın iki işığıdır. Sənətkarları dəstəkləmək bir növ ibadətdir. Azad olmalarının üzərində dayanmaq bütün qara buludları dağıdar. Xüsusilə qadınlara və gənclərə azadlıq vacibdir. Təzyiqlə əlaqəli heç bir anlayışı qəbul etməmək lazımdır.
(A9 TV; 24 may 2018)
Münafiq hər nə edirsə etsin axmaqdır. Hər etdiyi özünə zərər verir.
(A9 TV; 24 may 2018)
Tayyib hocamdan və hökumətimizdən xahiş edirik dollarla kirayə dərhal qanunla ləğv edilsin. Dollarla ticarət ləğv edilsin. Türkiyədə bütün əməliyyatlar Türk pulu ilə edilsin. Türkiyəyə iqtisadi tələ quranlara ən yaxşı cavab bu olar. Tayyib hocamdan başqa xahişimiz də, azadlıq və müasirlik ola bildiyi qədər təşviq edilsin. Gənclərin, qadınların azad, istədikləri kimi yaşaya biləcəkləri çox yaxşı vurğulansın. Türkiyənin daha da modernləşməsi və azad olması, qurulan bütün tələləri tərsinə çevirər.
(A9 TV; 23 may 2018)
Dollarla ticarəti tamamilə aradan qaldıraq. Dollarla əməliyyat etmək qanunla qadağan edilsin. Tayyib hocamı devirmək üçün iqtisadiyyatla oynamağa çalışırlar. Buna qarşı hücum olaraq dollar istifadəsini ləğv edək. Qızıl əsas dəyər olsun. Rusiya ilə, İran ilə, Azərbaycan ilə öz pulumuz ilə ticarət edək. Bölgə ölkələri birləşək və öz pullarımızı istifadə edək. Avropa və Amerikaya möhtac olmaq vəziyyətində deyilik.
(A9 TV; 22 may 2018)
Qüdsdəki məsələnin həlli İslam Birliyi ilə mümkündür. Müsəlmanların birlik olması fərzdir. Bir-birlərinə vəlayət bağıyla bağlanmaları, qardaş olmaları fərzdir. Ayrı olmaları isə haramdır. İttihadı İslam olduğunda bütün məsələlər təməldən həll edilər. İttihadı İslam musəvilər və xristianlar üçün də, dinsizlər ateistlər üçün də güvəncədir.
(A9 TV; 22 may 2018)
Passiv çözümlər yerinə həqiqi çözümlər ortaya qoymaq əhəmiyyətlidir. Qınamalar, boykotlar və başqaları passiv çözümlərdir. Həmişə qınamaq yerinə, “müsəlmanlar birlik olaq, bütün müsəlmanları qurtaraq” demək lazımdır.
(A9 TV; 21 may 2018)
MHP mədəni milliyyətçidir. İrq milliyyətçisi deyil. Kürd canlarımıza hörmət və sevgi duyar. Bunun əksini iddia edənlər səmimi davranmırlar. Amma bu mövzunu təbliğat vəsaiti olaraq istifadə edənlər varsa, MHP bu mövzuda daha güclü antitəbliğat edə bilər.
(A9 TV; 21 may 2018)
Darvinizm Allahın açıq şəkildə inkarıdır. Mən və dostlarımdan başqa bu mövzunun üzərində dayanan demək olar heç kim yoxdur. Allahın açıq şəkildə inkar edilməsindən bir çox müsəlmanın heç bir narahatlıq hiss etməməsi çox ibrət vericidir.
(A9 TV; 21 may 2018)
Allah ülfəti sakit qalmağımız üçün xüsusi yaradır. Ülfətin iki faydası vardır. Həm ülfəti qaldırma səyi ibadətdir, həm də ülfətin olması insan üçün rahatlıqdır. İnsan beynin içində gözsüz görən, qulaqsız duyan, dilsiz olduğu halda qəhvənin dadını alan, musiqidən zövq alanın kim olduğunu düşünsə Allahın varlığını çox açıq görər.
(A9 TV; 21 may 2018)
Bir insan sevdiyi üçün əziyyətə sinə gəlirsə, səbir göstərirsə həqiqətən sevir deməkdir. Allah çətinliklər, acılar, əziyyətlər içində sevgimizi görmək istəyir. İmtahanın bütün sirri buradadır. İnsanların bir qismi bu sirri heç cür başa düşmürlər.
(A9 TV; 19 may 2018)





