Cənub-Şərq bölgəsi almaz mədəni kimidir. Kürdlərin hər yönləri çox qiymətlidir. Kürdlərin adət-ənənəsi, şəfqəti, mərhəməti, sədaqəti, vəfası, təvazökarlığı çox gözəldir. Anadolu həmişə belə gözəlliklərlə doludur. Hamısının qiymətini çox yaxşı bilmək lazımdır.

(A9 TV; 27 may 2018)

Yaxşılığı və xeyiri təşviq etmək əhəmiyyətlidir. Edilən xeyirli işləri gizlətmək lazımdır deyə düşünmək doğru olmaz. Məscid tikir bunu göstərir, insanlara da nümunə olmasını məqsəd qoyur. Namaz qılır, insanları təşviq etmək üçün bunu paylaşar. Amma kasıb insana kömək edərkən o insanın qürurunu qıracaq heç bir şey edilməz, o gözəllik səssizcə edilər. Maşından yardım atmaq və s. çox ayıb və çirkindir.

(A9 TV; 27 may 2018)

Məscid toplantı məkanıdır, söhbət, dostluq, qardaşlıq məkanıdır. Sadəcə namaz üçün bir araya gəlinən məkan deyildir. Ehtiyacı olan olduğunda yatmaq üçün də qalmaq olar. Amma məscidləri axşam olanda bağlayırlar. Allahın evi bağlanmaz. Məscidlərin çox təmiz olması da çox əhəmiyyətlidir. Hər gələn təmizliyə kömək edəcək, süpürəcək, siləcək. Məscidlər tərtəmiz sevinc dolu məkanlar olacaq.

(A9 TV; 27 may 2018)

Azadlıq anlayışı cəmiyyət tərəfindən qəbul edilsə həqiqi azadlıq meydana gələr. Gözəl olan təhsillə, İslam əxlaqının hakimiyyəti ilə büt inancları ortadan qaldırmaqdır. İslam, Hz. Musanın əsası kimidir harada qırxayaq, ilan varsa hamısını udar. İnsanlara acı verən hər cür təzyiqi, yanlış ənənə və qadağanı udar, ləğv edər. Onun üçün həqiqi azadlıq ancaq İslamla təmin edilər.

(A9 TV; 27 may 2018)

İnsanların çoxunun ülvi məqsədi yoxdur. Niyə yaşadıqlarını bilmirlər. Din deyə təqdim edilən sistem insanlara dəhşət yaşadan və dinlə əslində heç bir əlaqəsi olmayan sistemdir. Dinsizlik də dəhşət vericidir. Gənclər iki dəhşətin arasında qaldılar. Biz var gücümüzlə elmlə, irfanla bu dəhşəti aradan qaldırmağa cəhd edirik.

(A9 TV; 26 may 2018)

Dünyanın hüzurunu əlindən aldılar. Qadınların əlindən azadlığı aldılar. İncəsənəti öldürdülər. Yeni bir sənətkar, yeni bir incəsənət əsəri çıxmır. Dəccaliyyət dünyanı həm ruhən, həm də fiziki olaraq öldürür. Həmişə dünyanın hər yerindən ölüm xəbərləri gəlir. Kimyəvi silahla öldürməyə qarşıyıq amma səhərdən axşama kimi bomba yağdırmağa qarşı deyilik, deyirlər. Burdakı anormallığı belə görə bilmirlər. Bu dəhşət Mehdiyyətin zühuruyla tamamilə ortadan qalxacaqdır.

(A9 TV; 26 may 2018)

Ölümü düşünmək insanın daha stabil, daha tutarlı olmasını təmin edər. Dünya ehtirası ilə cinnət halı yaşayan, vəhşi rəqabət ehtirası ilə özünü həlak edən insanlar üçün ölümü düşünmək şəfadır. Ölümü düşünərək insan eqoizmdən uzaqlaşıb, daha stabil, mərhəmətli, məqbul hala gəlir.

(A9 TV; 26 may 2018)

Quran müsəlmanlığında ola bildiyi qədər azadlıq vardır. Allahın haramları çox azdır. Gənclər, qadınlar tam istədikləri kimi azaddırlar. Və Qurana görə hər insan anası atası kimi bütün insanlara baxmaqla mükəlləfdir, bu çox gözəl güvənc və nemətdir.

(A9 TV; 25 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)