Heç bir nəticə alınmayacaq üsullarla vaxt itirmək yerinə qəti çözüm olan İslam Birliyini yaratmaq lazımdır. Müsəlman ölkələrin liderləri bir araya gəlsinlər. “İslam Birliyini istəyirik və bunun üçün səy göstərəcəyimizə söz veririk” deyə and içsinlər. Hörmətli Putin də qatılsın bu yığıncağa. İsrail, Yunanıstan da bu birliyin içində yer alsın. Sevgini, dostluğu, qardaşlığı, sülhü istəyən İslam Birliyindən başqa dünya üçün çözüm yoxdur.
(A9 TV; 19 may 2018)
Şirk ağlın bağlanmasına səbəb olar. Mühakimə, düzgün qərar vermə pozular və insan qeyri-sabit olar. Ümumi şüursuzluq halı meydana gələr.
(A9 TV; 18 may 2018)
Dini ağla, məntiqə uyğun olaraq izah edən və gənclərə təbliğ edən demək olar tək bizik. Bizim izahlarımızla, Quran müsəlmanlığını bütün gənclər sevərək və istəyərək qəbul edir.
(A9 TV; 18 may 2018)
İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar.
(A9 TV; 18 may 2018)
Müsəlmanların birlik olması, İslam Birliyinin qurulması qardaşlıq bağının və sevginin meydana gəlməsidir. “Birlik olaq intiqam alaq” məntiqi ilə İslam Birliyi olmaz. Birlik olaq, musəvilərlə, xristianlarla dost olaq, qardaş olaq, birlikdə sevgi içində yaşayaq istəyirik. Qurana uyğun olan budur. Allahın istədiyi budur.
(A9 TV; 18 may 2018)
Müsəlman ölkələrin liderləri toplanacaq yalnız bir cümlə söyləyəcək: “İslam Birliyini istəyirik”. İslam Birliyini istəyirəm demək belə çətin gəlir bəzilərinə. İslam Birliyi çətin deyil, imkansız deyil. Sadəcə istəmək lazımdır. Müsəlmanlar bu istəklərini ifadə etsələr, dua hökmündə olar və reallaşar Allahın izni ilə.
(A9 TV; 18 may 2018)
Dini, həyatın bütün gözəlliklərini əllərindən alan sistem olaraq gördükləri üçün dini yaşamağı qocalıq dövrünə buraxırlar. Dini yaşasa sürünəcəyinə inanır. Halbuki din həyatın ən zövqlü, ən sevincli, ən həyat dolu sistemidir.
(A9 TV; 17 may 2018)
Fələstində olan həmişə fağır, məzlum xalqa olar. Qarşıdurma körükləndikcə xalqın yerindən yurdundan edilməsindən, qadınların, uşaqların evsiz-eşiksiz qalmasından başqa nəticə əldə edilmir. Bu qarşıdurma üslubunu tamamilə buraxıb, iki xalqı barışdırsaq, o müqəddəs torpaqları abadlaşdırsaq, bir arada təhlükəsizlik içində, sevinc içində yaşasalar, hər yeri bağ-bağça etsək, məktəblər inşa etsək, oyun bağçaları qursaq, bütün həyatı dəyişdirsək daha gözəl olmazmı? Dəccaliyyət həmişə müharibə istəyir, qan tökmək istəyir. Müsəlman olaraq biz israrla sülh istəyəcəyik, dostluq istəyəcəyik, sevgi istəyəcəyik.
(A9 TV; 17 may 2018)
Şəhidimiz Möhsün Yazıcıoğlu İngiltərəyə getdi gəldi şəhid etdilər. Tayyib hocam dönən kimi sui-qəsd sözləri ortalıqda dolanmaya başladı. Dəfələrlə demişəm, bir daha deyirəm: “Tayyib hocamın saçının telinə toxunanın canına toxunarıq, qanunla hüquqla, elmlə irfanla…” Belə bir şeyi ağıllarından belə keçirməsinlər, millətimizdən çox çətin hüquqi qarşılıq alarlar.
(A9 TV; 17 may 2018)
Dünyada, bir Allahın ruhunu daşıyan möminlər (diri), bir də möminlərin imtahanı üçün yaradılmış ruhu olmayan (ölü) xüsusi varlıqlar vardır. Allah bu ruhu olmayan insanları istifadə edərək möminləri təhsildən keçirir. Allah möminlərin sonsuza qədər rahat və hüzur içində yaşamasını istəyir amma eyni zamanda ona etibar edilməsinə böyük əhəmiyyət verir. İnsanlar da öz bədənlərini dəyərli gördükləri üçün hər şeydən narahat olurlar. Bədənlərinə zərər gəlməsi qorxusu, insanların çoxunun Allaha yaxınlaşmasına mane olur. Məhz buna görə də, çətinlik və əzabda belə böyük bir sirr vardır. Allah əzab və çətinliklərlə insanların Ona yaxınlaşmasına, Ona təvəkkül etməsinə çox əhəmiyyət verir.
(A9 TV; 16 may 2018)





