İslam ölkələrinin dostluq, qardaşlıq, sülh üçün bir araya gəlməsi vacibdir. İslam ölkələrinin liderləri bir araya gəldiklərində, “biz bütün insanlar üçün, hər dindən insan üçün azadlıq, hüzur və təhlükəsizlik istəyirik. Müsəlmanların birlik olmasını istəyirik” desələr bu gözəl dua olar.

(A9 TV; 16 may 2018)

Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir.

(A9 TV; 15 may 2018)

Zalımlıq edən hər kim olarsa Allah hidayət versin, hidayət vermirsə həlak etsin. Demək olar hər yerdə ağla gələn tək çözüm qınama, müharibə və qarşıdurma olur. Zalımlar cəzalandırılsın, ədalət yerini tapsın. İsrailin də zalımları, varsa Fələstinin də zalımları haqq etdikləri hüquqi qarşılığı alsın. Amma hədəf həmişə sülh, hüzur, qardaşlıq və dostluq olsun. Əvvəlcə dostluq, qardaşlıq istəyək. O gözəl torpaqlar musəvilərin, xristianların, müsəlmanların birlikdə, dostca yaşadığı yerlər olsun. Aralarda tikanlı tellər, nəhəng divarlar olmasın. Sevinc içində halaylar çəkilsin, zeytun ağacları əkək, hər yeri bağ-bağça edək, gənclər xoşbəxt olsun. Hədəfimiz həmişə gözəllik, yaxşılıq, sülh və dostluq olsun.

(A9 TV; 15 may 2018)

Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik.

(A9 TV; 15 may 2018)

Fələstin xalqının qurtuluşu üçün həqiqi çözüm üzərində dayanmaq vacibdir. Uzun illərdir qınamalar verilərək nəticə əldə edilə bilmir. Tam fərqli üsula ehtiyac vardır. Müsəlman zülmə hər zaman qarşıdır və bunu ifadə edir, amma qınamalar tək başına birdəfəlik çözüm gətirməz. Sevgini və sülhü təlqin etmək birdəfəlik çözüm gətirər. Həmişə qarşıdurma, müharibə, işğal, hücum iki tərəfə də yalnız acı gətirər. Acıların qat-qat artacağı yollara deyil, təhlükəsizliyi və sülhü gətirəcək yollara tabe olmaq lazımdır. Sevgi və sülh ən asan olandır. Amma insanlar bunun üsulunu bilmir. Sülhü təmin etmək çətin deyil. Bir sözə baxar. “Gəlin qardaş olaq” deyilsə hər şey bitər. İsrail xalqı ilə Fələstin xalqı peyğəmbər soyu iki gözəl xalqdır. İkisi də dindar, ikisi də çalışqan, ikisi də təmiz, ikisi də ən gözəl həyatı haqq edir. Qarşıdurmanı qızışdıran hər cür üslubdan çəkinib, bir-birlərini qoruyacaq, şəfqət duyacaqları üslub istifadə etmək və sülhü təlqin etmək lazımdır. İki tərəf də Allaha iman edir, iki tərəf də eyni Peyğəmbərləri sevir. Bölüşəmədikləri nədir? Torpaqdırsa, Yaxın Şərq çox geniş bölgədir. Hər yer boş və geniş ərazidir. Fələstinlilər də, İsraillilər də istədikləri hər yerə məskən salsınlar. Bölgəni yaşıllaşdıraq, gözəlləşdirək, gənclərə gözəl imkanlar təmin edək. Bağ-bağça, nəşə və sevincin olduğu yer olsun. Müsəlmanlar, musəvilər, xristianlar bayram kimi yaşasınlar. Qardaş olmanın ucsuz-bucaqsız faydası vardır. Hər şeydən əvvəl Allahın razılığını qazanmış olarıq. Heç kim qorxu içində yaşamaz, gərginlik hiss etməz. Silaha pul yatırmaq yerinə bölgənin rifahı, sevinci üçün pul xərclənər. Həmişə xeyirli, yaxşı iş görmək düşünülsə mərhəmətsizlik ortadan qalxar.

(A9 TV; 15 may 2018)

Fələstinin çözümü iki tərəfin bir-biriylə qardaş edilməsidir. İsrail və Fələstin xalqını bir-birləriylə barışıb, dost-qardaş olmaları üçün təşviq etmək lazımdır. Döyüşü qızışdıran hər şeydən uzaqlaşmaq lazımdır. Döyüşü tezliklə dayandırmaq vacibdir. İki xalq da eyni Peyğəmbər soyundandır. Hər ikisi də Hz. İbrahimin övladıdır. İki peyğəmbər övladı olan xalqı barışdırmaq bizim məsuliyyətimizdir. Ucsuz-bucaqsız o torpaqlarda qardaşca, çox gözəl yaşaya bilərlər. Biz hər zaman qardaşlığı təşviq etməyə davam edəcəyik.

(A9 TV; 14 may 2018)

Allah Fələstində şəhid olan qardaşlarımıza rəhmət etsin, qazilərə tezliklə şəfa nəsib etsin. Yaxın Şərqdə böyük hadisələr artaraq davam edəcək. Hədislərin işarələrindən də bunu görürük. Bizim istəyimiz Fələstin və İsrailin, Peyğəmbər soyu olan iki qardaş xalqın tezliklə barışması, bölgəyə hüzur və təhlükəsizliyin gəlməsidir. Allah tez bir zamanda sülhü hakim qılsın, müsəlmanların, xristianların, musəvilərin qardaşca birlikdə yaşayacağı mühit meydana gətirsin.

(A9 TV; 14 may 2018)

Məscidləri dolduracaq şüurlu insan yetişdirmək əhəmiyyətlidir. Gecə gündüz darvinist təhsillə məktəblərdə, haşa, “Allah yoxdur” deyə gənclərə təhsil verdikdən sonra, o insanların məscidə gəlib namaz qılması mümkün olmaz. Əlbəttə məscid tikmək lazımdır və məscidlər gözəllikdir. Amma əsl gözəl olan o məscidləri dolduracaq insanları yetişdirməkdir.

(A9 TV; 13 may 2018)

Eqoist olmayan hər insan alicənabdır. Sevdikləri üçün yaşayan hər kəs alicənabdır. Eqoist olan bəsitlikdən xilas ola bilməz. Bəsitlik insanı ən çox kirlədən çirkinlikdir. Bir çox insan bilərək və ya bilməyərək bu bəlanın içinə girər. Bir insan eqoizmdən xilas olarsa dünyanın ən keyfiyyətli insanı halına gələr.

(A9 TV; 13 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)