Özünü bilən, təməlini bilən, bütün kainatın beyninin içində ona göstərildiyini bilən Allahı bilər. Bunu bilməyənin şüuru yoxdur. Şüur sahibi olmayanın da sevgini və mərhəməti bilməsi mümkün deyil. O yalnız həvəsi bilər.

(A9 TV; 28 may 2018)

İslam birliyinin məqsədi sülhdür. Bu birlik müharibələri, acıları, döyüşü, terroru aradan qaldırmaq üçün qurulacaq. Əslində sülh və dostluq asan olandır. İnsanların savaşı bu qədər adi hal kimi görməsində anormallıq vardır.

(A9 TV; 28 may 2018)

Allahın böyüklüyünü bilmək müəzzəm hissdir. Allahın böyüklüyünü bildiyində, səmimi qavradığında, səssiz-sədasız böyük güc olarsan. Kimsə səni məğlub edə bilməz. Bu, Allahın gizli qanunudur.

(A9 TV; 27 may 2018)

Ağılda zəifləmə də, artım da olar. Ağlı zəifləyən şəxs bunu anlamaz, hətta özünü dünyanın ən ağıllı insanı zənn edər. Ağıl artanda isə həmin şəxs bunu dərhal anlayar.

(A9 TV; 27 may 2018)

Allah, münafiqlərin 70 dəfə bağışlanma diləsələr də bağışlamayacağını bildirmişdir. Çünki münafiq Allaha xain, Peyğəmbərə xain, möminlərə xain, davasına xain bir alçaqdır. Qurana görə münafiqin bağışlanılması mümkün deyil. Ən şiddətli əzabla, cəhənnəmin ən dərinində əzab görəcəkdir.

(A9 TV; 27 may 2018)

Bəzi Neoconlar israrla “dollarınızı satmayın” demələri, ediləcək ən doğru işin dolları satmaq olduğunun isbatıdır. Türk milləti fədakardır. Əvvəl vətəni düşünər, uşağını, gələcəyini qorumanın da vətəni qorumaqla mümkün olduğunu bilər. Öz ağıllarına görə Türk millətini eqoizmə çağırırlar, bu millət əsla eqoistlik etməz.

(A9 TV; 27 may 2018)

Allah ilə əlaqə ən həyati məsələdir. Biz çox diqqətlə, xüsusilə Allahın böyüklüyünü düşünərək yaşamaq məcburiyyətindəyik. Allahın varlığını mömin onsuz da qəti olaraq bilər. Allahın böyüklüyünü isə yaxşı düşünmək lazımdır. Allahın böyüklüyünü yaxşı düşünən insan, hər şeyi Allahın etdiyini heç unutmadığı aləmə girər və ola biləcək ən yaxşı həyatı yaşamış olar.

(A9 TV; 27 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)