Münafiqləri alçaltmaq Allahın Qurandakı əmridir. Münafiqlərin alçaldılması möminlərə şəfadır. Tövbə surəsi, 14-cü ayə: “…Allah onlara sizin əllərinizlə əzab versin, alçaltsın və onlara qarşı sizə qələbə versin, möminlər cəmiyyətinin köksünə şəfa versin”.

(A9 TV; 24 noyabr 2017)

Təvazökar insan eqoistlikdən xilas olmuşdur. Özü üçün deyil, başqaları üçün yaşayan insana təvazökar deyilər. Təvazökar insan təkcə Allahın rizasını axtarar. Sevgini axtarar.

(A9 TV; 24 noyabr 2017)

Müsəlman heç vaxt küfr əhlinə və münafiqlərə boyun əyməz. Elmlə, irfanla sonuna qədər mübarizə aparar. Peyğəmbərimiz (s.ə.v) dövründə səhabələr çox igiddilər. Allah yolunda döyüşdən heç vaxt qaçmırdılar. Münafiqlər isə axmaqcasına; “bizi göz görə-görə ölümə sürükləyirsən” deyirdilər. Münafiq şəhidliyə inanmaz. Şəhidliyin taledə yüksək məqam olduğuna inanmaz.

(A9 TV; 24 noyabr 2017)

Münafiqlərin davranışı tarixdə həmişə eyni olmuşdur. Haşa Peyğəmbərimiz (s.ə.v)-in vicdansız olduğu, ədalətli olmadığı, müsəlmanları qorumadığı kimi alçaqcasına böhtanlarla ortaya çıxırdılar. Şəhid olan müsəlmanlar üçün haşa Peyğəmbərimiz (s.ə.v)-i günahlandırırdılar. Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan müharibələrin müsəlmanları qorumaq üçün lazım olduğunu başa düşmür, hər şeyin taleyə görə yaşandığını, şəhid olanın taleyində olduğu üçün şəhid olduğunu anlamırdılar. Əgər Peyğəmbərimiz (s.ə.v) cihad əmri verməsə Allah qorusun bütün müsəlmanlar yox edilərdi. Peyğəmbərimiz (s.ə.v); “risklidir, onun üstünə getməyin, onunla döyüşməyin” desəydi bu gün İslam olmazdı.

(A9 TV; 24 noyabr 2017)

Müsəlmanlar çox nurlu və təmiz, münafiqlər isə hər cür əxlaqsızlığı etməyə meylli, xəstə və murdardırlar. Küfr əhli münafiqlə müqayisədə daha tənbəl və çəkinəndir. Münafiq daha azğın, daha gözü dönmüş, daha təfərrüatlara girərək hücum edən xarakterdədir. Münafiqlə mübarizə şeytanla aparılan mübarizədir. İslam əxlaqının hakimiyyəti yaxınlaşdıqca şeytanın, yəni münafiqlərin həmlələri artacaq, son məqamda münafiqlər və şeytan tamamilə məğlub ediləcəklər.

(A9 TV; 24 noyabr 2017)

Münafiq ölü varlıqdır. Şeytan elektromaqnit qüvvə kimi içinə girər və müsəlmanların əleyhinə onu hərəkətə gətirər. Müsəlmanlara bu şeytani həmlə olduğu zaman müsəlmanların müdafiə gücü və bərəkəti, zehin açılması olar. Müsəlmanların bir-biri ilə olan anlaşmazlıqlarını aradan qaldırar. Möhkəm birləşib kütləvi, fəal, gözəl hərəkət etmələrini təmin edər. Buna görə də, münafiq həmləsi müsəlman üçün çox böyük xeyir və nemətdir. Münafiqlərlə aparılan elmi mübarizə müsəlmanların şövqünün, coşğusunun yüksəlməsinə vəsilə olar.

(A9 TV; 24 noyabr 2017)

Şeytan Allah tərəfindən yaradılmış mexaniki, təkcə pisliyi və mənfiliyi bilən zəkadır. Kompüterin içindəki elektron sxem kimidir. Münafiq də şeytanın nüfuz etdiyi boş maşın kimidir. Münafiqin müstəqil zəkası yoxdur, şeytanın ona söylədiklərini nəql edər. Şeytan da təkcə Allahın kodlanmış olduğu cümlələri qura bilər, tam o qədər danışa bilər. Dolayısilə şeytan nəzarət altında olan mənfi qüvvədir.

(A9 TV; 24 noyabr 2017)

Bir insanla məsləhətləşmək, məşvərət etmək hər zaman faydalıdır. Lakin sevgisiz, qısqanc insanların yanlış yönləndirmələrindən çəkinmək lazımdır. Məşvərətlərin uzun olmaması, boşboğazlığa imkan verməmək doğru olar. Boşboğazlıq zaman oğurluğudur. Vaxtını alan çox qiymətli dəyərini əlindən alır deməkdir.

(A9 TV; 24 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)