Tayyib hocamdan İslam Birliyini gündəmdə saxlanmasını xahiş edirik. Bu duadır, Allah duaları qəbul edər. Dünya miqyasında dəccaliyyətlə qarşı-qarşıya olduğumuz üçün Türkiyə təkbaşına təsirli ola bilməz. Əvvəlcə qəbul etməsələr belə həmişə, israrla İslam Birliyini xatırlatsın. Bir müddət sonra müsəlman ölkələr də utanacaq və qəbul edəcəkdir.

(A9 TV; 25 noyabr 2017)

Münafiqlər Allah yolunda malını xərcləməkdən çox böyük iztirab duyarlar. Verdikləri malı müəyyən yolla geri almaq istəyərlər. Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-i də malların bölüşdürülməsi məsələsində ədalətli olmamaqla ittiham edirdilər. Çünki əxlaqsızcasına müsəlmanların və İslamın mənafeyini deyil, öz murdar mənfəətlərini düşünürdülər.

(A9 TV; 25 noyabr 2017)

Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur.

(A9 TV; 24 noyabr 2017)

Mərhəmətli insan yardımçı, səxavətli və bağışlayan olar. Gözəl danışar, acı sözlər deməz. Üslubu firavanlıq, həmişə rahatlıq verməyə çalışar. Təmizdir, keyfiyyətə, gözəlliyə önəm verər. Gözəllik təqdim etmək də mərhəmətdir.

(A9 TV; 24 noyabr 2017)

Önümüzdəki illərdə çox böyük hadisələr görəcəyik. Bəzi insanlar dünyanın artıq məhv olduğunu düşünəcək. Öncül insanlar da çox qalmayacaq. Məhz belə şəraitdə Allah insanların qəlbinə vəhy edəcək, Mehdinin zahir olmasının yeganə qurtuluş olduğunu göstərəcək. Bu qənaətə dövlətlər ortaq olacaq. Bir şəxsin ətrafında bütün dünya birləşəcək.

(A9 TV; 24 noyabr 2017)

Keyfiyyəti axtarmaq insanın ruhundakı gözəlliyi göstərər. Keyfiyyət bilavasitə Allah ilə əlaqə yaradıldığı zaman yaranar. Məsələn, kommunistlər keyfiyyət üzərində dayanar, lakin kommunist ölkələrdə incəsənət və keyfiyyətdə böyük çöküş olar. Ənənəçi İslam anlayışının olduğu ölkələrdə də incəsənət və keyfiyyət çökməsi olur. Quran müsəlmanlığı tam tətbiq olunduğu zaman heyrətamiz dərəcədə keyfiyyət və incəsənət formalaşar.

(A9 TV; 24 noyabr 2017)

Bizim idealımızdakı azadlıq hal-hazırda yoxdur. İnsanların üzərində ənənəçi sistemin təzyiqi, ailə təzyiqi, cəmiyyət təzyiqi, küçə təzyiqi kimi cürbəcür təzyiqlər var. Lakin Quranın gətirdiyi nurlu azadlıq günlərinə doğru sürətlə gedirik.

(A9 TV; 24 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)