Bizim proqramımız dini proqram deyil. Mən dindar insan olduğum üçün hər yerdə Allahı zikr edər, hər yerdə dindən bəhs edərəm. Mənim həyatımın hər dəqiqəsində din vardır. Həyatın hər mərhələsində Allah vardır, həyatın hər anında Allah zikr edilər, Allah sevilər.

(A9 TV; 25 noyabr 2017)

Dindən danışılan mühitdə qadınlar olmaz demək çox yanlışdır. Din qadını təcrid etməz. Qadın, dinlə zidd varlıq deyil. Tam əksinə qadın mübarəkdir və dinlə iç-içə olan varlıqdır. Dinin olduğu yerdə qadın olmaz məntiqi ənənəçi sistemin təsiri ilə yaranmış yanlış məntiqdir. Həcdə necə ki, qadınlarla kişilər birlikdə ibadət edirsə, həyatın hər sahəsində də, dini mühitlərdə də qadınlar olmalıdır.

(A9 TV; 25 noyabr 2017)

Münafiqlər Qurandan nifrət etdikləri halda, çox alçaq vəziyyətə düşdükləri üçün, özlərini qorumaq üçün Quran ayələrindən istifadə edərlər. Darvinizmə qarşı olmaz, dinsizliyə, ateizmə qarşı heç bir mübarizə olmaz, İslam Birliyini müdafiə etməz, iman həqiqətlərindən, Quran möcüzələrindən danışmaz, ancaq səhərdən axşama kimi müsəlmanlar əleyhinə danışarlar.

(A9 TV; 25 noyabr 2017)

Yalan danışmaq çox bərbad şeydir. İnsanın ruhunu sıxar, çox ciddi mənəvi sıxıntı yaradar. Xüsusilə də mənfəət üçün yalan danışmaq cəhənnəmin qapısını açmaq deməkdir.

(A9 TV; 25 noyabr 2017)

Münafiqi küfr əhli maraqlandırmaz. Hər zaman əsas hədəfi müsəlmanlardır. Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanları mübarizədən geri saxlamaq üçün Peyğəmbərimiz (s.ə.v)-i həmişə ağılsızcasına tənqid edirdilər. Peyğəmbərimiz (s.ə.v)-ə qüsur tapmaq üçün; “bizi istidə döyüşə aparır” deyirdilər. Halbuki müsəlmanlar döyüşə məzlumları, qadınları, uşaqları qorumaq üçün gedirdi. Münafiqlər isə müsəlmanların qorunması ilə heç maraqlanmazdılar.

(A9 TV; 25 noyabr 2017)

İnsanın ruhu Allah sevgisinə ac yaradılmışdır. Heç bir insan sevgiyə müqavimət göstərə bilməz. Harada gözəllik, xeyir, sevgi, yaxşılıq vardırsa ruh onu dərhal çəkər. Allahın ruhunu daşıyan hər beyin bizim söylədiyimiz bilgini mütləq alar. Allah bizi inşaAllah qəlblərdə fərəhliyə, səmimi Allah sevgisinə, Allaha güclü bağlanmağa vəsilə edir.

(A9 TV; 25 noyabr 2017)

Heyvanların balalarını qorumaq məsələsindəki məharət və bacarıqları heyranedicidir. İnsanların əksəriyyətində belə həssaslıq olmur. Toyuğa baxırıq şüuru qapalıdır, lakin bir çox balası arasında təkcə biri itsə dəhşətli səs-küy salar. Tək bir toyuğu balaları ilə birlikdə müşahidə edən insan Allahın sənətini çox gözəl dərk edə bilər.

 A9 TV; 25 noyabr 2017)

Tənqid ən keyfiyyətli güzgüdür. İnsanın görə bilmədiyini göstərən rentgen aləti kimidir. Tənqiddən narahat olmaq sağlam deyil. Ruh sahibi tənqidi sevər. Səmimi tənqid məqbuldur. Uca səslə tənqid etmək də doğru olmaz. Tənqid insanın özünü mükəmməlləşdirməsi üçün mühümdür.

(A9 TV; 25 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)