Sevginin, igidliyin, səbrin, yüksək əxlaqın və eşqin öyrənildiyi yer dünyadır. Bu baxımdan dünya çox mühüm və əhəmiyyətlidir. Allah dünyadakı rəftarımızı və həyatımızı mühüm hesab edir. Allahın ən bəyəndiyi şeylər həmişə Allahın sevgisini axtarmaq, zəhmət çəkmək, səbir etməkdir. Allah yüksək vicdanı və həqiqi eşqi çox bəyənər. Küfr əhlini göstərdiyi halda, münafiqləri göstərdiyi halda, onların arasından Allaha yönəlib Allahı sevmək, Allahın ən bəyəndiyi haldır.

(A9 TV; 26 noyabr 2017)

Hər yerdə qadınların üzərindəki təzyiqi aradan qaldıraq. Qadın mədəniyyətin, həyatın mənbəyidir. Qadın mübarəkdir. Qadınları gənc qız olarkən evlən deyən ailəsi, evləndikdən sonra həm əri, həm də ailəsi ağlasığmaz dərəcədə əzir. Qadın boşanmaq istəsə bu dəfə dul qadın haqqında böyük ittihamlar ortaya atılır. Bu çirkinliklərin hamısını aradan qaldıraq, qadınlar çox fərəhli, hüzurlu yaşasın.

(A9 TV; 26 noyabr 2017)

Ülkücü gənclərin sayının artması Türkiyə baxımından mühümdür. Hakimiyyətdə hansı partiya olursa olsun, ülkücü gənclərin xidmətləri hər zaman çox dəyərli olmuşdur. Ülkücülər etibarlı insanlardır. Allah, Kitab, vətən, millət, dövlət, bayraqdan başqa məqsədləri olmaz.

(A9 TV; 26 noyabr 2017)

Ənənəçi ortodoks İslam anlayışında xurafatları eşidən insanın dəhşətə qapılması haqsız olmaz. Lakin İslamdakı, Qurandakı dinin bu xurafatlarla heç bir əlaqəsi yoxdur. Biz olmasaydıq ənənəçi ortodoks İslamı dünyaya müsəlmanlıq kimi göstərəcək, sonra da müsəlmanların hamısını əzəcəkdilər. Biz Quran müsəlmanlığını ən gözəl təmsil edən dost qruplarından biriyik.

(A9 TV; 26 noyabr 2017)

Şeytanın təsiri daxili təlqin şəklində olar. Məsələn, qəza keçirmiş bir insan var, kömək edilməsi lazımdır. Şeytan; “başını bəlaya salarsan işin olmasın” deyər. Şeytana qulaq asdığın zaman vicdansızlıq etmiş olarsan.

(A9 TV; 26 noyabr 2017)

Allah qorxusu hörməti təmin edər. Hörmət olmadan sevgi olmaz. Allah qorxusu və Allah sevgisi iç-içədir. Allah qorxusunun içində olan ən güclü duyğu Allaha qarşı xəcalətli olmamaq istəyidir.

(A9 TV; 26 noyabr 2017)

Hər şeyi edən Allahdır. Bu həqiqəti unudan insanlar tərs kimi gedən hadisələr olduğu zaman öz müvəffəqiyyətsizliyi zənn edib ümidsizliyə qapılırlar. İman zəifliyi və Allahı unutmaq belə fəlakətlərə səbəb olar. Dünyadakı bütün ağrı-acılar Allahı unutmaqdan irəli gəlir. İsrarla və qətiyyətlə, bir saniyə fasilə vermədən, Allahı heç vaxt unutmamalısan. Qəlb həmişə Allahla birlikdə olduğu zaman hər şey gözəl olar.

(A9 TV; 25 noyabr 2017)

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in, səhabələrinin beynini zəhərlədiyini iddia edirdilər. Halbuki hidayəti verən Allahdır. Mömin cənnət üçün xüsusi imanla yaradılmışdır, cənnətdən gələr cənnətə gedər. Peyğəmbərimiz (s.ə.v)-ə yaxınlaşan hər səhabə talelərində iman olan cənnətdən gələn insanlar idi. Münafiqlər isə bunu anlaya bilməzlər, bir nəfər onlarla danışdı, bu da onlara təsir etdi zənn edirlər. Halbuki qəlblərə imanı yerləşdirən, möminləri bir-birinə sevdirən Allahdır.

(A9 TV; 25 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)