Bir qadını hicablı olduğu üçün istədiyi məktəbdən, istədiyi peşədən uzaqlaşdırmaq çox böyük əzabdır. İctimaiyyətdə hicabdan istifadə edilməsinin heç kimə zərəri olmaz.
(A9 TV; 29 noyabr 2017)
Eşq, ehtiras, sevgi olmasa insanda çökmə başlayar. Ən pisi Allah ağlını alar, hər an insanlara qarşı nifrət içində olar. Bu qəzəb həm əl-üzünü, həm də ağlını çirkləndirər.
(A9 TV; 29 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) çox gözəl ağılla münafiqləri İslam üçün istifadə etmişdir. O dövrdə münafiqlər 15-20 il müsəlmanlara xidmət etdi, döyüşlərdə iştirak etdilər, böyük qənimət qazanılmasına vəsilə oldular. Bütün gənclikləri bitdikdən sonra biz gedirik dedikləri zaman Peyğəmbərimiz (s.ə.v) gedin dedi. Həm müsəlmanlar murdarlıqdan xilas oldu, həm də arxalarında böyük zənginlik qoydular.
(A9 TV; 29 noyabr 2017)
Münafiq heç bir məqsədi olmadan heyvan kimi yaşamağı bir şey zənn edər. Axmaq olduğu üçün; “səhər namaza qalxmağımız lazım deyil, İslamı yaymaq üçün kitab paylamağımız lazım deyil, səhərdən-axşama qədər boş-boş gəzirik” deyir. Bunu da azadlıq zənn edir. Bu azadlıq deyil, heyvan kimi sürünməkdir. Münafiqlər bunun azadlıq olmadığını cəhənnəm yataqlarında çox yaxşı başa düşəcəklər.
(A9 TV; 29 noyabr 2017)
Möminlər hər zaman ölümə hazırdır. Mömin üçün ölüm vüslətdir, yəni qovuşmadır. Allahdan gəlirik, Allaha qayıdacağıq. Hər an Allah ilə iç-içəyik. Ölüm dediyimiz şey Allahın ruhunun yenə Allaha qayıtmasıdır.
(A9 TV; 29 noyabr 2017)
Osmanlının yox edilməsi qərarı İngiltərə dərin dövləti tərəfindən alındı. Bu qərarla Əbdülhəmid dövründə darvinzm, içki, siqaret Osmanlının hər yerinə yayıldı. Ziyalılara Allahın yaratdığını inkar edib darvinizm qəbul etdirildi. Heyrətamiz dərəcədə pozulma başladı. Osmanlının ilk rəsmi fahişəxanaları açıldı. Osmanlı donanması və bir çox qurum ingilis paşalara verilib. Nəticədə Osmanlı parça-parça oldu.
(A9 TV; 29 noyabr 2017)
Zənginliklə təbliğ düz mütənasibdir. Pul İslamın təbliğində, İslamın yayılmasında çox əhəmiyyətlidir. Allah Peyğəmbərimiz (s.ə.v)-i də o dövrün ən zəngini hz. Əbubəkrlə dəstəkləmişdi. Hz. Xədicə (r.ə) anamız da o dövrün ən zəngin qadını idi. Bütün mülklərindən, maddi-mənəvi bütün imkanlarından İslamın yayılması yolunda istifadə etmişdilər.
(A9 TV; 29 noyabr 2017)
Məktəblərdə təhsilin məqsədi sevgi, şəfqət, doğruluq və keyfiyyətdir. Bunun gənclərimizə yaxşı vurğulanması lazım. Məktəblərdə mütləq dostluq və yoldaşlıq mühitinin yaradılması, siniflərin keyfiyyətli və rahat mühitlər şəklində nizamlanması gözəl olar.
(A9 TV; 29 noyabr 2017)
Cəmiyyətdə qadınları əzəcək hazır xurafata bənzər inanc sistemi var. Qadınların hər şeyinə qarışan və qadınların hər cür azadlığını məhdudlaşdıran fəlsəfə var. Bu inanc fəlsəfəsini aradan qaldıracaq əsas gücə ehtiyac var. Bu əsas gücün adı mehdiyyətdir. Qadınların layiq olduğu dəyəri görmələri üçün Allahın istəyi ilə mehdiyyətdən başqa yol yoxdur.
(A9 TV; 29 noyabr 2017)
Mərhəmət olmadığı zaman zülm olar. Zülm isə insan ruhunu çox sarsıdan əzab növüdür. Mərhəmət olmasa, kainat məhv olar.
(A9 TV; 29 noyabr 2017)





