Darvinizm qadınları, təkamülünü tamamlamamış heyvan kimi görür. Darvin qadın barədə, evdəki itdən daha yaxşıdır deyir. Ənənəçi ortodoks İslamda da qadını yarım insan görən anlayış var. Qadınların əleyhinə yüzlərlə hökm var. Buna görə də, bir çox insan qadın düşmənçiliyi ilə yetişir. Qadınlar keyfiyyətli, mübarək, nəcib varlıqdırlar.

(A9 TV; 29 noyabr 2017)

Ortaya atılan böhtanların min misli də olsa Tayyib hocamı yenə dəstəkləyəcəyik, yenə də prezident edəcəyik. Tayyib hocamın həyatı ortadadır. Biz konkret vəziyyətə baxarıq. Dünya hərisliyi olmadığını görürük. Dünya malında gözü yoxdur. Allah üçün, İslam üçün bütün müsəlmanlara sahib çıxır. Belə gözəl əxlaqlı olan insanı İngiltərə dərin dövlətinin çaqqallarına qarşı heç vaxt tək qoymarıq. Tayyib hocam Allah, din, İslam, Kitab, vətən millət üçün bütün gəncliyini həsr etdi. Cinayət törədən vardırsa, qanunla, hüquqla üstünə gedilər.

(A9 TV; 28 noyabr 2017)

Sevməyi bacaran insan budaqda gördüyü bir meyvəyə elə-belə baxıb keçə bilməz. Almanı gördüyü zaman, o quru taxtadan alma yaranmasına heyrətamiz heyranlıq duyar. Budaqdan qopartmağa yazığı gələr. O almanı qopartmaq ona əzab verər. Buna görə də, Cənnətdə budaqdan meyvə qoparıldığı zaman dərhal yenisi yaranır. İnsan o gözəlliyə heç zərər verməmiş olur.

(A9 TV; 28 noyabr 2017)

Sevginin təməlini Allaha olan sevgi təşkil edər. Bəzi insanlar; “mən Allahı sevirəm, lakin görünməyən bir varlığı sevirəm” deyə düşünür. Halbuki Allah hər yerdə təcəlli edər; bitkilərdə, insanlarda, heyvanlarda, mənzərədə, hər yerdə Allahın təcəllisi vardır. Bir insanın sevgini yaşaya bilməsi üçün ruh sahibi olması əsas şərtdir. Ruh sahibi olmayan sevgini bilməz və yaşaya bilməz. Ruh sahibi insan sevmə qabiliyyəti ilə dünyaya gələr, sevgiyə ac olar və hələ kiçik uşaq olarkən bu aclığı hiss etməyə başlayar. Sevmə və sevilmə hissinin güclü olması o insanın iman əhlindən olduğunu göstərər.

(A9 TV; 28 noyabr 2017)

Allah qorxusunun çatışmazlığının səbəbi o insanın ölü olmasından irəli gələr. İnsan əgər ruh sahibidirsə yaradılışdan Allah qorxusunu biləcək şəkildə yaradılar. Ruh sahibi insanın Allahdan qorxmamağı qeyri-mümkündür. Elə olduğu halda dəli olar. Allahdan qorxan insan taledə müsəlman olaraq, ruh sahibi olaraq yaradılmışdır.

(A9 TV; 28 noyabr 2017)

Allahın rizasının ən çoxunu qazanmaq üçün Allahın hər an vicdanımıza vəhy etdiyi bilginin nə olduğuna baxmaq lazımdır. Məsələn, biz axşam veriliş yayımlamaq əvəzinə yemək dəvətinə gedə bilərik. Orada da müsəlmanlar söhbət edəcək, Allah rizası var deyə bilərik. Lakin burada milyonlarla insana müraciət etmək imkanı var. Gəlib veriliş yayımlamaq Allahın rizasının ən çoxu olur. Bu yolla anbaan Allahın vəhy etdiyi doğrunu izləyərək Allahın rizasının ən çoxunu anlayarıq.

(A9 TV; 28 noyabr 2017)

Müsəlman münafiqlərlə elmi mübarizə apararkən həmişə sağlamlıq və güc tapar, ağlı inkişaf edər, imanı inkişaf edər. Münafiqdə isə həmişə çöküş vardır. Münafiq; “işlər çox yaxşı gedir” deyər, halbuki yerlə-yeksan olmuşdur. “Çox xoşbəxtəm” deyər, halbuki rəzil-rüsvay olmuşdur. Münafiqin həyatının hər məqamında pislik, alçaldılma və rüsvayçılıq vardır. Bir pislik üçün quyusunda sürətlə dibə doğru yuvarlanar.

(A9 TV; 28 noyabr 2017)

Münafiq şeytanın təhriki ilə hərəkət edən varlıqdır. Müsəlmanları öz aləmində hər məqamda dayandırmaq, İslama xidmətin qarşısını almaq üçün həmlə edər. Münafiq müsəlmanlardan ayrıldığı zaman küfr əhlinin içinə və ya öz həyatına getməz, bütün vaxtını müsəlmanlara öz aləmində mane olmağa ayırar. Bunun üçün də ilk addım olaraq müsəlmanları dağıtmağı hədəf alar. Zəif olduğunu gördüyü insanları öz murdar aləminə çağırar. Eyni zamanda da, ən təsirli gördüyü müsəlmana həmişə həmlə edər.

(A9 TV; 28 noyabr 2017)

Münafiqlər əvvəlcə Peyğəmbərin yanına gəldikləri zaman yoxsul olurlar. Peyğəmbərimiz (s.ə.v)-in yanında zənginliyin dadını aldıqları üçün lovğalanır və bu dəfə mənfəətləri üçün zənginliyi istəyirlər. Öz mənfəətləri zəmanət altına alınmadıqda isə bu dəfə Peyğəmbəri (əxlaqsızcasına) ədalətli olmamaqla günahlandırırlar. Axırzaman münafiqləri də Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərin eyni rəftarını göstərirlər.

 (A9 TV; 27 noyabr 2017)

Münafiqin dövrləri var. İlk dövrlərində zəkası fəal, canlı deyildir. Bir də şeytanın onu hərəkətə keçirdiyi dövr vardır. O dövrdə münafiq zəkası şeytan zəkasına dönər. Şeytanın təcəlli etdiyi üçün şeytanın çirkli zənginliyini və ixtisaslı şeytan şəxsiyyətsizliyini görmək üçün münafiq təhlili əhəmiyyətlidir.

(A9 TV; 27 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)