Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bütpərəst və müşriklərin namus anlayışları və qadına baxış prizmaları İslama keçirildi. Müşriklərin öz yanlış məntiqləri İslamın hökmü, Peyğəmbərimiz (s.ə.v)-in sözü kimi göstərildi. Olduqca yanlış İslam anlayışı formalaşdırıldı. Bu zehniyyətin təməlini də qadının bütün haqlarını əlindən almaq, qadını potensial cinayət maşını kimi görmək, yarım insan varlıq kimi davranmaq var.

(A9 TV; 30 noyabr 2017)

İslam üçün səy göstərmək əhəmiyyətlidir. Allah üçün kin bəsləmək ibadətdir. Lakin hər zaman ədalətlə, ağılla, məntiqli rəftar göstərilməsi, Qurana uyğun hərəkət edilməsi lazımdır.

(A9 TV; 30 noyabr 2017)

Hər mövzudan izahı ilə birlikdə bəhs edilməlidir. Mövzunu xəbər halına salıb sonra həqiqətini və ya cavabını yayımlamamaq dürüst davranış deyil. Əgər cavabını yayımlamırsa, birtərəfli böhtan sistemi tətbiq edirsə; “mətbuat azadlığı var” deyilib keçilə bilməz. Ya cavabı ilə, düzgün məlumatla birlikdə yayımlamalı, ya da o xəbəri yayımlamalıdır.

(A9 TV; 30 noyabr 2017)

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in dövründə döyüşməyi bacarmırıq deyərək geridə qalmaq istəyirdilər. Onlara bu ərazinin yarısı sənin olacaq deyilsə qaça-qaça gedər, ən yaxşı mən döyüşərəm deyirdilər. Münafiq iyrənclik dərəcəsində eqoistdir. Peyğəmbərimiz (s.ə.v) bunların alçaq olduğunu bildiyi üçün qənimətlərdən pay vermirdi. Döyüşə gedirdilər, lakin qənimətlərdən pay ala bilmirdilər. Buna görə də, maddi mənfəət təmin edə bilməmək onlara çox təsir edirdi. Peyğəmbərimiz (s.ə.v) heyrətamiz dərəcədə ağılla bu axmaqlardan İslam üçün ən gözəl şəkildə istifadə edirdi.

(A9 TV; 30 noyabr 2017)

Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər özlərini inqilab törədən xalq qəhrəmanları kimi göstərmək istəyirdilər. Bunun üçün də Peyğəmbərimiz (s.ə.v)-in döyüş qərarlarını ağılsızcasına tənqid edirdilər. Peyğəmbərimiz (s.ə.v) İslamın güclü olması, məzlum müsəlmanların, qadınların, uşaqların qorunması üçün möminləri döyüşə təşviq edirdi. Münafiqlər isə axmaqcasına: “Peyğəmbər sizi ölümə sürükləyir” deyərək imanı zəif olanlara təsir etməyə çalışırdılar. Münafiqlər möminlərin uca məqsədlərini anlamazlar, çox iyrənc alçaq diaqnozlar qoyarlar. Onlarda uca məqsədlər, yüksək ideallar olmaz.

(A9 TV; 30 noyabr 2017)

Ən kiçik təfərrüatı belə Allahın etdiyini düşünərək hərəkət etsən ağıllı və sabit olarsan. Mömin kəskin görüşlə dünyanı dəyərləndirər. Küfr əhli və münafiq hər şeyi özlərini etdiyini zənn edər, buna görə də, özünün həll yolu gətirdiyini zənn edər.

(A9 TV; 30 noyabr 2017)

Münafiq həmişə özünü alçaldaraq hərəkət edər. Hər hərəkətində özünü rəzil edər. Möminlərdə isə Quranda münafiqlərlə bağlı ayələrin eynilə yaşanmasından ötrü heyrətamiz həyəcan və dərinlik yaranar. Möminlərin bir-birinə bağlılığı artar, bərəkət gələr. Münafiqdə isə həmişə bərəkət itkisi və bir-birinin arxasınca bəlalarla boğuşma vardır. Axmaq olduğu üçün bu bəlaları anlaya bilməz. Axmaqca çırpınan donuzun şüursuz şəkildə hücum etməsi kimi hücum etməyə davam edər. Möminin münafiqlə elmi mübarizəsi şüursuz donuzla mübarizə kimidir.

(A9 TV; 29 noyabr 2017)

Allah sonsuz gözəllik, sonsuz yaxşılıq, sonsuz ağıldır. Allah bizim əbədiyyən Cənnətdə gözəl yaşamağımızı istəyir. Allah bizim yaxşılığımızı istəyir. Allah Cəhənnəmi Cənnətin dəyərinin bilinməsi üçün yaratmışdır.

(A9 TV; 29 noyabr 2017)

Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir.

(A9 TV; 29 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)