Münafiqin müsəlmanlara hücumu küfr əhlinin hücumu ilə müqayisədə daha qarmaqarışıqdır. Qarmaqarışıq hücuma göstərilən rəftar daha çox savaba vəsilə olar. Münafiq hücumunun çox olması ağlın inkişaf etməsinə və savabın artmasına vəsilə olar.

(A9 TV; 27 noyabr 2017)

Mehdinin gəlişindəki əsas məqsəd ədalətdir. Mehdi sevgini, sülhü, qardaşlığı təmin edərək ədaləti yaradacaq. Dünyada ədalətin tam yaradılması təkcə mehdiyyət dövründə olacaq.

(A9 TV; 27 noyabr 2017)

Dünyəvilik, dindarla dinsizin və hər inanca sahib insanın eyni vətəndaşlıq hüquqlarına sahib olaraq bərabər yaşamasıdır. İnancından ötrü insanlara təzyiq göstərilməməsidir. Ateistə sən necə ateist ola bilərsən deyə təzyiq göstərilə bilməz. Heç kimin paltarına, həyatına qarışmaq olmaz. İstərsə çarşab, istərsə də mini yubka geyinər. Quranda; “sizin dininiz sizə, mənim dinim mənədir” hökmü var. Bu hökm dünyəviliyin ən gözəl tərifidir.

(A9 TV; 27 noyabr 2017)

Allahı heç vaxt tərk etməsən, hər şey sənə görə hərəkət edəcəyi üçün mütləq ağıllı olarsan. Allah ilə əlaqəsini heç vaxt qoparmayan insan ağıllıdır və bu ağla görə bütün dünya formalaşar. Bu ağla bütün dünya, hətta şeytan belə xidmət edər. Hal-hazırda bütün dünya təkcə mehdiyyətin hakimiyyəti üçün çalışır. Allahı tərk etdiyin anda isə şirkə girərsən və ağıl yaranmaz.

(A9 TV; 27 noyabr 2017)

Münafiqin fikri olaraq əzilməsi möminlər üçün şəfa, zənginlik, bərəkət və xoşbəxtlik vəsiləsidir. Münafiq çox axmaq olduğu üçün fikri olaraq əzilməsi də asandır. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi taktikaları dərk edə bilmir; “müsəlmanlar geri çəkilir” deyə sevinirdilər. Sonra Peyğəmbərimiz (s.ə.v) qəfildən qayıdaraq münafiqlərin təpəsinə elmi yolla zərbə endirir və fikri olaraq tam zərərsizləşdirirdi.

(A9 TV; 27 noyabr 2017)

Münafiqin içi şeytani odla yandığı üçün, içi yandıqca ağzından murdarlıq axar. Münafiqin ağlasığmaz kin və qəzəbi vardır, lakin bu kini ona heç nə təmin etməz. Kini münafiqə xəstəlik və bəla olaraq qayıdar. Münafiqin kin və qəzəbi öz sonuna səbəb olar. Qalib və üstün olan Allahdır. Münafiqin heç bir gücü yoxdur. Münafiqin kaftar kimi bağırmasının möminlərə heç bir zərəri yoxdur.

(A9 TV; 27 noyabr 2017)

Kobud davranan insanlara qarşı ağıllı olmaq lazımdır. Dərhal ani reaksiya göstərməmək, anlayışlı olmaq, şəfqətli davranmaq ilk tədbir olaraq yaxşıdır. İkinci mərhələdə kobudluğu davam edirsə, yenə də gözəl cavab vermək ağıllı olar. Beləliklə sonra daha geniş düşünmə və danışma imkanı yaranar. O insan verdiyin şəfqətli cavabı ömür boyu unutmaz. Lakin insan şeytanidirsə o zaman da yenə ağıllı davranan müsəlman qazanmış olar, səbir müsəlmanı gücləndirər.

(A9 TV; 27 noyabr 2017)

Münafiq olmasa müsəlmanların mənəvi gücü anlaşılmaz. Münafiq müsəlmanların arasında olarkən küncdə dayanar, mübarizədən çəkinər. Müsəlmanların yanından ayrıldıqda birdən üzərinə şeytani iş görmə səyi gələr. Münafiqliklə mübarizə şeytanın ağlı ilə müsəlmanın ağlının toqquşmasıdır. Münafiq şeytani zəkadır. Münafiqə həmləyə keçəndə qəfildən şeytanın zəkası verilər. Əvvəllər axmaq olan münafiqə şeytanın zəkası verildiyi üçün güc kimi görünər. Halbuki şeytanın ağlı zəif olduğu üçün ağılsız və axmaqdır. Zəkası var, ağlı yoxdur. Münafiq də zəkalı kimi görünər, lakin hər həmləsi axmaqcadır. Buna görə də, münafiqlər mütləq məğlub olarlar.

(A9 TV; 27 noyabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)