Türk dövlətlərinin birləşməsi, Azərbaycan və Türkiyənin bir olması, dərhal ola biləcək gözəllikdir. Rusiyanı da mütləq bu birliyə almaq lazımdır.
(A9 TV; 29 noyabr 2017)
Dünya miqyasında müvəffəqiyyətlərimiz, təsirimiz həmişə qat-qat artır. Adnan Oktarın kitablarının, məqalələrinin və bu əsərlərdən faydalanılaraq hazırlanan konfransların, sənədli filmlərin təsiri dəccaliyyətə heyrətamiz elmi zərbə vurur maşaAllah.
(A9 TV; 29 noyabr 2017)
Dəccal (haşa) özünün Allah və hz. İsa olduğunu iddia edərək ortaya çıxar. Həmçinin bu yolla zəif ağıllı insanları razı salmağı bacarar. Peyğəmbərimiz (s.ə.v) bir hədisində Dəccalın bu oyununu belə xəbər vermişdir: “DƏCCAL ÖZÜNÜ DİNDAR GÖSTƏRƏR, ƏN SON İLAHLIQ İDDİASI İLƏ ÇIXIŞ EDƏR”. İbn Həcər Dəccalın hiyləgərliyindən belə bəhs etmişdir: “Dəccal əvvəlcə iman və yaxşılıq iddiası ilə çıxar, sonra peyğəmbər, daha sonra da Allah olduğunu iddia edər”.
(A9 TV; 29 noyabr 2017)
Peyğəmbərimiz (s.ə.v) bir hədisində; “Dəccalı bu qədər böyüdən və ucaldan əsgərlərinin ona olan bağlılığı olacaq” (el-Müstedrek, 4/507) deyə bildirmişdir. Başqa hədisində isə; “Dəccalın qərargahı günəşin batma tərəfindəki bir adada olacaq”. (Suyuti, Dibac alel-Müslim, 6/261; Müslim, hədis: 2942; Avnul-Mabud, 11/317; Əs-Sünən əl-Varide Fil-Fitən, 6/1149.) demişdir. Peyğəmbərimiz (s.ə.v) bu sözləri ilə açıqca İngiltərə dərin dövlətinə diqqət çəkmişdir.
(A9 TV; 29 noyabr 2017)
Mehdi (ə.s) müsəlmanların mənəvi lideri olmağı qəbul etməkdə əvvəlcə çox müqavimət göstərəcək. Bunun səbəbi qorxu deyil, vicdanən bu böyük mənəvi məsuliyyəti boynuna götürməkdəki vicdani həssaslığıdır. Buna görə də əvvəlcə; “mən adi insanam, çox sayda böyük alim var. Siz onlara gedin” deyəcəkdir. Lakin; “ümmətin nicatı üçün sənə ehtiyac var” deyə çox israr etdikləri zaman, artıq Mehdi (ə.s) da bu vəzifəni qəbul edəcək və İslam aləminin mənəvi lideri olaraq bu məsuliyyəti boynuna götürəcək.
(A9 TV; 29 noyabr 2017)
Yaxın gələcəkdə inşaAllah İslam aləmi birləşəcək, türklük aləmi birləşəcək. Sonra da xristianlıq və musəvilik aləmi birləşəcək. Sonra da inşaAllah İslam əxlaqı bütün yer üzünə hakim olacaq. Bizim vəzifəmiz də bütün gücümüzlə hz. Mehdi (ə.s) və İsa Məsihə yardımçı olmaqdır. İsa Məsihə yardımçı olmağın vaxtı da artıq demək olar ki, gəlib çatdı. Bədiüzzaman həzrətlərinin də qeyd etdiyi kimi, İsa Məsihin mübarizəsi hazırda “gizli qalibanə”dir. Mehdiyyətdə isə bu mübarizə “açıq və aydın şəkildə qalibanə”dir. Məhz İsa Məsihin bu gizli qalibanə mübarizəsi də, Allahın icazəsi ilə yaxın zamanda açıq qalibanayə çevriləcək.
(A9 TV; 29 noyabr 2017)
Qurana əməl edilmədiyi zaman Allah ora mütləq fəlakət verər. Qurana əlavə edildiyi zaman, Allahın endirdiyi din haşa bəyənilmədiyi zaman, şirk dinində israr edildiyi zaman fəlakət əksik olmaz.
(A9 TV; 29 noyabr 2017)
Çiçəklərin hər hüceyrəsində ruh, hər hüceyrəsində ağıl var. Bir çiçəyin tək bir hüceyrəsində dünyadakı bütün insanların cəminin ağlından daha böyük ağıl var.
(A9 TV; 29 noyabr 2017)
Allahı tanımayan insan səni tanıya bilməz. Allahı bu qədər ehtişamına baxmayaraq, görə bilməyən insan səni heç görə bilməz. Allahı sevə bilməyən səni sevə bilməz.
(A9 TV; 29 noyabr 2017)
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar.
(A9 TV; 29 noyabr 2017)





