Diyarbəkirdə şəhid olan igidlərimizi təbrik edirik. Allah onlara nə gözəl mövqe nəsib etmiş, nə böyük gözəllik qazandılar. Məqamlarına qibtə edirik. Şəhadətləri mübarək olsun.

(A9 TV; 31 may 2018)

İnsan özünün Allahın ruhu olduğunu anladığında həyat şəkli Allahın istədiyi şəkildə olar. Mömin, Allahın ruhudur. Bütün dünya isə Allahın ruhunun əmrindədir. Buna görə möminin qəlbi həmişə nəşə və sevinc içində olar.

(A9 TV; 30 may 2018)

Bir insan Allahın böyüklüyünü qavradığında bu gözəlliyin sevincini yaşamırsa, beyni əvvəlki həyatının təzyiqi altında deməkdir. Beyni uşaqlığından qalma bəlalı sistemin içində boğulur deməkdir. “Mən bu cür böyük neməti gördüyüm halda niyə bu sevinci yaşamıram” deyə bununla mübarizə etməsi lazımdır. İsrarla mübarizə etsə, o kədərdən xilas olar, nəşə və sevinc tapar.

(A9 TV; 30 may 2018)

Quran əxlaqı çox böyük azadlıqdır. İnsanların beyninə fərahlıq verər. İnsanların beynindəki təzyiq, sıxılma Quran əxlaqının yaşanmamasından qaynaqlanır. Quran əxlaqı yaşansa insanların üzərindən 10 ton yük qalxmış kimi olar. İndiki acılar küfrün təzyiqindən meydana gəlir. Quran əxlaqı olduğunda gənclər, qadınlar, hər kəs ola bildiyi qədər azad yaşayar. Heç kimin başqasından qorxmasına gərək qalmaz.

(A9 TV; 30 may 2018)

Hər ruh xatirə ilə formalaşar. Xatirə götürüldükdə yalnız görən, eşidən varlıq qalar. Xatirə ilə insan, “Mən, mənəm” deyər.

(A9 TV; 29 may 2018)

İnsan sevgi, şəfqət və mərhəmətə görə yaradılmışdır. Bunlar olmayanda insan bədəni özünü yeməyə başlayır, hüceyrələr xərçəngləşir. Buna görə də, müsbət olan hər şeyi müdafiə edəcəyik, mənfi olan şeylərə qarşı da ağıllı elmi mübarizə verəcəyik.

(A9 TV; 29 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)