Allah insanın Özünə yaxınlaşmasında sərhəd qoymamışdır. Hər insan peyğəmbərlər kimi, hətta daha çox Allaha yaxınlaşa bilər. Allah; “keçməyin, dayanın” deməmişdir. Allah sevgini sonsuz açmışdır, sevə bildiyiniz qədər Məni sevin, yaxınlaşa bildiyiniz qədər Mənə yaxınlaşın deyir. Mömin var gücü ilə Allahı sevməyi istəməlidir.
(A9 TV; 30 noyabr 2017)
Münafiqin etdiyi hər rəzillik taleyində bəllidir. Harada nə yazacaq, hansı cümlələri quracaq, müsəlmanlara qarşı hansı həmlələri edəcək, cəhənnəmdə yeri harada olacaq, hamısı bəllidir.
(A9 TV; 30 noyabr 2017)
Allah qorxusu olmadığı zaman insanlarda təkəbbür yaranar. Allah qorxusu hər cür anormallığı aradan qaldıran nemətdir. Qürur, təkəbbür, qısqanclıq kimi xəstəliklərin tək dərmanı Allah qorxusudur. Bu xəstəliklər insanı bürüsə sevgi aradan qalxar. Sevginin və gözəlliyin mənbəyi Allah qorxusudur.
(A9 TV; 30 noyabr 2017)
Allah qorxusu, Allah qarşısında xəcalətli olmaqdan qorxma duyğusudur. Bu, sevgi ilə Allaha yaxınlıqla mömində heyrətamiz həzzə dönər.
(A9 TV; 30 noyabr 2017)
Sədaqət insan olmağın şərtlərindəndir. Sadiq olmayan, vəfanı bilməyən insani xüsusiyyətlərini itirmişdir. Sədaqət yoxdursa, mərhəmətsizlik və qəddarlıq vardır. Vəfa, mərhəmət, sədaqət, insanın möhtəşəm gözəllikləridir. Bunlardan biri olmasa o insan ölər, insan olmasının mənası qalmaz.
(A9 TV; 30 noyabr 2017)
Dindar ağıllı insanın ətrafındakılar hüzurludur. Din olmadığı zaman insanlar özlərini boşluqda hiss edər. Özünü boşluqda hiss edən insan ətrafına güvən verə bilməz. Din insanın məqbul, ağıllı, səmimi, dürüst, sevgi dolu, canlı yaşamasını təmin edər.
(A9 TV; 30 noyabr 2017)
Münafiq küfr əhli dağılsın deməz. Küfr əhli ayrılsın deməz. Təkcə ən təsirli gördüyü müsəlmanların dağılıb ayrılmasını istəyər. Onun ən mühüm əlaməti təkcə təsiredici gördüyü müsəlmanları hədəf almasıdır.
(A9 TV; 30 noyabr 2017)
Münafiqlərlə elmi mübarizə Quranda ən geniş izah edilən mövzulardan biridir. Müsəlman, münafiqlərlə elmi mübarizədə çox diqqətli olmalıdır. Bu ibadətin savabı çox yüksəkdir.
(A9 TV; 30 noyabr 2017)
Münafiq Qurandan öz murdar əməlləri üçün istifadə etməyə cəhd edər. Bir qədər Qurandan, bir qədər küfr əhlindən öyrəndiyi məntiqlərlə ortaya çıxar. Küfr əhlinə qarşı çıxmaz. Lakin İslam Birliyinə qarşı çıxar. Mehdiyyətə şiddətlə qarşıdır. Peyğəmbərimiz (s.ə.v) dövründən etibarən münafiqlər mehdiyyətə qarşı çıxırdılar, buna görə də əhli-beyti şəhid etdilər. Münafiq, müsəlmanların mənəvi liderinin olmasını istəməz.
(A9 TV; 30 noyabr 2017)
Allah qorxusu, Allah qarşı xəcalətli olmaqdan çəkinməkdir. İnsan belə mövqeyə gəlməkdən çox utanar, çox ağır əzab hiss edər. Mömin Allaha qarşı xəcalətli olmaqdan, Onun dəyərini qiymətləndirə bilməməkdən qorxar.
(A9 TV; 30 noyabr 2017)





