Münafiq müsəlmanların yanında olarkən eşşək kimi çalışaraq, müsəlmanın xeyrinə çalışar. Ayrıldıqdan sonra da müsəlmanların nəşəsinin çoxalmasını təmin edər. Münafiqlərin hücumları müsəlmanlarda heyrət ediləcək şövq artımına, bir-birinə olan sevgilərinin güclənməsinə, imanlarının dərinləşməsinə vəsilə olar. Münafiqlərin Quranda bildirilən hər sözü söylədiklərini gördükcə möminlər daha da şövqlənər.
(A9 TV; 1 dekabr 2017)
Münafiqin imzası, küfr əhlinə qarşı ən təsirli işi görən müsəlmanları hədəf seçməsidir. Buna görə də, doğru yolda olan hər mömin camaatının mütləq münafiqi vardır. Münafiq küfr əhli ilə müttəfiq olduğu üçün heç vaxt onları hədəf seçməz. Münafiqin dərdi FETÖ ilə, PKK ilə, İslamı yer üzündən silməyə əzm edənlərlə mübarizə aparan müsəlmanları zərərsizləşdirib, tərəfdarlıq etdiyi bu dostlarını qorumaqdır. Münafiq İslama mane olmağa çalışdıqca İslam yavaş-yavaş yayılar. Münafiqin cəhənnəminin dərinliyi möminin Cənnətinin yüksəkliyini təmin edər.
(A9 TV; 1 dekabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-in özlərini haşa göz görə-görə ölümə sürüklədiyini iddia edirdilər. O dövrün münafiqləri küfr əhli ilə heç bir mübarizə aparmaz, alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-i hədəf alardılar. Bu dövrün münafiqləri də Suriyada, İraqda müsəlmanları şəhid edənləri, Türkiyəni parçalamağa çalışanları, dinsizliyi, materializmi hədəf almır. Nəyi hədəf alır: Bunlara qarşı ən təsirli mübarizə aparan müsəlmanları. Buna görə də, münafiq çox alçaq və şəxsiyyətsizdir.
(A9 TV; 1 dekabr 2017)
İnsanlar xəstəliklər kimi acizliklər və uşaq ölümləri kimi mövzuları tam dərk edə bilmədikləri üçün imandan uzaqlaşırlar. Niyə kafir var, niyə münafiq var deyirlər. Bəziləri də insanların çoxunun iman gətirmədiyini gördükləri zaman, bu onlara mənfi təsir edir. Halbuki saydıqları bu şeylərin hamısı insanın iman gətirməsi, sevgini öyrənməsi, dərinlik qazanması üçün lazım olan, təhsilin hissəsi olan şeylərdir. Əgər dünyada belə təhsil almasaq Cənnətin mənası qalmazdı.
(A9 TV; 1 dekabr 2017)
İnsan ağlı civə kimi dağılar. Həmişə toplamaq lazımdır. Sərbəst buraxıldığı zaman dağılaraq insanı yorar. İmanda sabitləşdiyi zaman isə beynin çox rahat olar. Dünyaya realist baxmaq lazımdır. Elm xarici aləmdə rəng, dərinlik, qoxu, səs olmadığını söyləyir. Lakin beynin içində üçölçülü, dərinliyi olan, rəngli, par-par parıldayan bir dünyanı yaşayan varlıq var. İnsanın millimetrin milyardda bir hissəsi qədər beyni olsa belə, sırf bu bilgini düşündüyü zaman iman gətirər.
(A9 TV; 1 dekabr 2017)
Atatürk musiqini, heykəli, incəsənəti, keyfiyyətli geyinməyi, gözəlliyi, ziyalılığı təşviq etmişdir. Həmçinin müasir dindarlığı da təşviq etmişdir. Quranın türkcə tərcüməsini dərc etdirib on minlərlə sayda paylatdırmışdır. Atatürkün dəyərini anlamayan cahillərə heç vaxt etibar etməyə ehtiyac yoxdur.
(A9 TV; 1 dekabr 2017)
Allah üçün xidmət etdiyini deyib Allahı unutmaq olmaz. Ən yaxşı xidmət, Allah ilə sıx əlaqə halında olmaqdır. Allah ən çox səmimi, dərin sevgini sevər. Allahı dərin sevən olmaq vacibdir. Dərin sevgi olduğu zaman, xidmət hissəsini Allah çox gözəl reallaşdırar, müvəffəqiyyət verər.
(A9 TV; 1 dekabr 2017)
Din tərk edildiyi zaman, qəflət yaranar. İnsan zəif varlıqdır. Beyni hər cür təlqinə açıqdır. Əgər iman gətirməsə zəif olduğu üçün bu təlqinlərlə çox çalxalanar. İman gətirdiyi zaman isə taleyi, sonsuz ağıl Sahibi Allahın yaratdığını biləcəyi üçün narahat olacağı heç nə olmaz. İslamın qalib yaradıldığını bilər.
(A9 TV; 1 dekabr 2017)
Tayyib hocamın qəlbi çox rahat olsun, 2023-cü ildə də bu millətin başında olacaq. Bu dövlət suriyalı məzlumlara sahib çıxır, qoruyur. Dövlətimiz pulun necə istifadə ediləcəyini yaxşı bilər. Tayyib hocamın həyatı gözümüz önündədir, şəxsi hərisliyinin, mənfəətinin olmadığını görürük. Qanunsuzluq vardırsa, prokurorluq orqanları lazım olanı edər. Tayyib hocam bu böhtanları ciddiyə almadan doğru yolunda irəliləməyə davam etsin.
(A9 TV; 1 dekabr 2017)
Eşq, Allah ilə əlaqəli olan gözəllikdir. İnsan Allahı çox sevdiyi zaman, Allaha çox bağlandığı zaman, Allahın təcəllisi olaraq insanı sevər. İnsan əti, sümüyü sevə bilməz. Allahı sevməyi eşq halına gətirsə, Allah ona insan formasında dünyada təcəlli edər. Bu təcəlliyə duyulan sevgiyə eşq deyilər.
(A9 TV; 30 noyabr 2017)





