İslam Birliyi deyəndə İslam milliyyətçiliyi düşünürlər. Yəni yalnız müsəlmanlara yaşama haqqı verən, başqasının buna haqqı olmayan bir sistem kimi düşünürlər. Halbuki, Türk-İslam Birliyi, İslam Birliyi xristianların da, yəhudilərin də cənnət kimi bir mühitdə yaşayacağı zəmindir.
(A9 TV; 14 Avqust 2012)
Əhli Kitab da Adəm oğludur―Adəm ilə Həvvadandırlar. Onlar da bizim bacı-qardaşlarımızdır.
(A9 TV; 14 Avqust 2012)
İncildə, Tövratda açıqlanan, peyğəmbərimiz (s.ə.v)-in dediyi bütün əlamətlər çıxdı. Dünyanın son dövrlərindəyik.
(A9 TV; 13 Avqust 2012)
İnternetə girəndə həmişə sevinc görməliyik. Hər kəs bir-birinə kompliment deməli, sevgi ilə, məhəbbətlə yanaşmalıdır. Belə olsa, gözəl olar. Əks halda insanlar bədbəxt olar.
(A9 TV; 13 Avqust 2012)
Bir müddət sonra xristianlıqla müsəlmanlıq birlikdə hərəkət edəcək. Kommunizm təəccüblü olaraq dünyada güc, qüvvət tapır. Bunun aradan qalxması yalnız xristianlarla müsəlmanların ittifaqıyla mümkün olduğunu bütün dünya görəcək.
(A9 TV; 13 Avqust 2012)
İnsanlar Mehdiyyətin məcburi və zəruri olduğu qənaətinə gələcək. İsa Məsihin enişinə ehtimal etməyənlər İsa Məsihi qarşılarında göründükləri zaman çox utanacaqlar və çaşacaqlar.
(A9 TV; 13 Avqust 2012)
Türkiyə hal-hazırda doğum sancısı yaşayır. Bu, Mehdiyyətin doğum sancısıdır. Sakit şəkildə, səssiz yolla Mehdiyyət olmaz. Qarşımızdakı günlərdə çox böyük hadisələr olacaq. Daha qəribə, təəccübləndirici hadisələr olacaq. Zəlzələlər davam edəcək və sonda Mehdiyyət bütün ehtişamı ilə ortaya çıxacaq.
(A9 TV; 13 Avqust 2012)
Mübarizə gücünün artması üçün maneəyə ehtiyac var. Allah da xüsusi olaraq maneə çıxarır. Biz mübarizə əzmimizi, qərarlı olduğumuzu daha çox göstərməliyik. Əgər maneəsiz, əngəlsiz yolda getsək, gücümüz görünməz. Yol daşlı-kəsəkli olanda hadisənin gözəlliyi, keyfiyyəti, dəyəri qat-qat artır.
(A9 TV; 13 Avqust 2012)
Əsəbləşməklə, küsməklə olmaz. Hər yer inananların, Allahın, Allahı sevənlərindir. Bütün gücümüz ilə cəhd edəcəyik, çünki qarşımıza əngəl çıxaran YARADAN ALLAHDIR. Əngəl özbaşına çıxmır. Allah savabın artması üçün maneə çıxardar.
(A9 TV; 13 Avqust 2012)
Ən çətin şərtlərdə belə Darvinizmi, materializmi məhv etməyə qadirik, əlhəmdülillah. Türkiyədə 95% insan bu gün Darvinizmə inanmır. Bütün gücləri ilə çalışdıqları halda, İngilis xalqının 65% -i Darvinizmə inanmadığını dünyaya elan etdi. Hər cür vasitə, izahatla başa salmağa davam edəcəyik, inşaAllah.
(A9 TV; 13 Avqust 2012)





