PKK ən qısa yoldan nəticə almağa çalışır. Ən həssas şeydən, yəni fəlsəfədən istifadə edir. Marksist, Leninist fəlsəfəni təbliğ edir. Fəlsəfi zəmin, təməl aradan qaldırılmalıdır.
(A9 TV; 12 Avqust 2012)
“PKK-nı biz bombalayaraq bitirərik” deyirlər. Bu ideologiya, düşüncə ilə mümkün olar. İdeologiyan yoxdursa, demək ki, məğlub olmusan.
(A9 TV; 12 Avqust 2012)
Bəddiüzaman bildirir ki, Mehdiyyət, hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s) həll edəcək. Terrorun bundan başqa həlli yoxdur. Bu, nə bir hökumətin, nə də başqa bir dövlətin edə biləcəyi bir iş deyil.
(A9 TV; 12 Avqust 2012)
Şərqdəki bacı-qardaşlarımızı kommunistlərin əlinə vermək çox böyük əzabdır. Çox böyük bir ağrıdır. Onları o bəladan qurtaraq.
(A9 TV; 12 Avqust 2012)
Şiddətlə qətiyyən nəticə əldə etmək olmaz. Həmasla danışıqlarla da nəticə almaq olmaz. Mütləq sevgi ilə, ağılla, elmlə mübarizə lazımdır.
(A9 TV; 12 Avqust 2012)
Leninizmdə dövlətin bütün mərkəzləri düşmən hesab edilir, bombalayaraq, terrorla, şiddətlə aradan qaldırılması hədəfə alınır. PKK-lılar da bunu edirlər.
(A9 TV; 12 Avqust 2012)
Atatürkün göstərdiyi xətt əsasdır: “Türkəm” deyən hər kəs Türkdür. Ərəb də, Çərkəz də, Türk olan da, Kürd olan da Türkdür. Türkiyə sərhədləri daxilində “Türkəm” deyən hər kəs Türkdür.
(A9 TV; 12 Avqust 2012)
İslam Birliyində hər ölkə, daxili və xarici işlərində müstəqildir.Çünki bu sevgi, dostluq, əqli, yəni məqbul düşünmə bağıdır.
(A9 TV; 11 Avqust 2012)
İran, İsrail və Türkiyə razılaşsa, İslam Birliyinin olması üçün heç bir maneə qalmaz. Yəni belə bir vəziyyətdə maneə çıxmaz. İran, İsrail və Türkiyə müzakirəyə başlasalar, problem bitər. Dərhal İslam Birliyi yaranar.
(A9 TV; 11 Avqust 2012)
İsrail ilə də ittifaq qurulmalıdır. Yəni İslam Birliyi çərçivəsində İsraillə, İranla ittifaq yaradıla bilər. Böyük bir güc meydana gələr.
(A9 TV; 11 Avqust 2012)





