Yaradılış Atlasını görən insanların fikirləri beş on dəqiqə ərzində dəyişir və ömür boyu əvvəlki fikirlərindən əl çəkirlər. Bunların əmək sərf edərək üç yüz ildə bacardığını biz 3 dəqiqə ərzində pozuruq.
(A9 TV; 13 Avqust 2012)
İnsanların xurafatçı olaraq müsəlman olmaları mümkün deyil. Amma dünyada bizim izah etdiyimiz İslamiyyəti yaşaya bilməyən insan yoxdur. Hər kəs bunu istəyər. Çünki İslamın əslini və həqiqiliyini izah edirik.
(A9 TV; 13 Avqust 2012)
Kommunistlər ən azı ilk öncə kommunistlikdən ürəkdən imtina edə bilərlər. Biruzə verməyib, gizli saxlayar, gizli iman edər. Gizli şəkildə haqqın, İslamın tərəfdarı olar.
(A9 TV; 13 Avqust 2012)
Bu vaxta qədər Allah dəccaliyyətə icazə verdi. Bilərək və ya bilməyərək bir çox kommunist insan, xurafatçı dəccaliyyətə uydu, amma artıq sondur, yəni axır zaman adından bilinir. Axır zamanda, Mehdi (ə.s) dövründəyik, yəni inanmamaq deyə bir şey ola bilməz. Mütləq Mehdiyyətə inanmaqda məsuliyyət daşıyırlar.
(A9 TV; 13 Avqust 2012)
Məsələn, Oktyabr, Fransız İnqilabı oldu. Onları edən Allahdır. Dəccaliyyəti, dəccalı yaradan Allahdır. Dəccala güc verən Allahdır. Şeytanı yaradan Allahdır. Şeytana güc verən Allahdır.
(A9 TV; 13 Avqust 2012)
Bütün kommunistlər Mehdiyyəti dəstəkləsin. PKK ağlını başına toplayıb, Mehdiyyəti dəstəkləsin. Bütün dünyanın qurtuluşu budur. Bundan başqa bir qurtuluş yolu yoxdur. Allah onsuz da ikinci bir yola icazə verməz. Qədər belədir.
(A9 TV; 13 Avqust 2012)
Barış, qardaşlıq, demokratiya gələcək, xurafat yer üzündən qalxacaq, qan axmayacaq, müharibə dayanacaq. Silahların hamısı aradan götürüləcək. Bütün dünya qardaş olacaq. İctimai ədalət bütün dünyanı bürüyəcək. Mal bərabər paylanacaq. Böyük bir bayram dünyanı gözləyir.
(A9 TV; 13 Avqust 2012)
Mütləq yox olacaqlar zənn edirlər, Mütləq Varlıq var, Allah var. Nə gözəldir, axirət var, yenidən yaradılacaqsınız, buna sevinin. Nə xoş şeydir! Çox gözəl, müasir bir dinə sahibsiniz. İslam dininə sahibsiniz.
(A9 TV; 13 Avqust 2012)
Dünyada iki böyük güc mübarizə edir: Allaha iman gətirənlər və inanmayanlar. İnanmayanlara qarşı şəfqət və sevgi ilə yaxınlaşmaq lazımdır. Ağılla və elmlə yaxınlaşmalı və səbirli olmalıyıq.
(A9 TV; 12 Avqust 2012)
Marksizm dünyanın ən böyük, ən inkişaf etmiş fəlsəfəsidir. Dünya tarixində Marksist fəlsəfədən üstün fəlsəfə yoxdur. İndiyə kimi hz. Adəm (ə.s)-dan bu bəri dünya tarixindəki ən böyük fəsad çıxaran fəlsəfədir.
(A9 TV; 12 Avqust 2012)





