Dünya tarixinin ən böyük fitnəsi kommunizmdir. İndiyə qədər olan ən böyük fitnədir. Qiyamət qopmasa da yenə dünya kommunist olacaq, kommunist hakimiyyəti olacaq.
(A9 TV; 15 Avqust 2012)
Kommunizm elə əhəmiyyətsiz bir mövzu deyil. Kommunizm təhlükəsinə qarşı bütün peyğəmbərlər hz. Adəm (ə.s)-dan etibarən xəbərdarlıq etmişlər.
(A9 TV; 15 Avqust 2012)
Kommunizmdə demokratiya yoxdur. Kommunist diktatorluq vardır.
(A9 TV; 15 Avqust 2012)
Biz istəyirik ki, Türkiyə, İsrail, İran hərbi ittifaq etsin. İctimai ittifaq quraraq bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin, ədalətin yaranması üçün Mehdiyyətin nüvəsini təşkil etsinlər. Belə vəziyyətdə mükəmməl, çox rahat olarlar.
(A9 TV; 14 Avqust 2012)
Ruslar çox gözəl əxlaqlı insanlardır. Həm fiziki olaraq, həm də əxlaqi cəhətdən çox gözəl millətdir. Nəzakətli, mədəniyyətə əhəmiyyət verən, təvazökar, humanist, yoldaşlıqdan, dostluqdan çox zövq alan çox qiymətli insanlardır. Onun üçün İslam Birliyində ruslar və Rusiya birinci sırada olmalıdır.
(A9 TV; 14 Avqust 2012)
Atatürk hər zaman Darvinizmə qarşı münasibətini göstərmiş və həmişə dinin tərəfdarı olmuşdur. Atatürk Darvinizmə qarşı mübarizəni dinlə aparmışdır. Təbii ki, elmi iş görməyib o dövrdə. Bədiüzzaman da etməmişdi. Bu işi Mehdi (ə.s)-a saxlayıblar.
(A9 TV; 14 Avqust 2012)
İctimai Darvinizmi və Darvinizmi dəstəkləyən dialektik fəlsəfəni hər cəhəti ilə qəbul etmiş sayılır. Dialektik fəlsəfəni müdafiə edirsənsə, o zaman tarixin dialektliyini də qəbul etməyə məcbursan. Tarixin dialektliyini qəbul edirsənsə, Marksist, kommunist, Stalinist, Leninist olursan.
(A9 TV; 14 Avqust 2012)
Kommunizm, kommunist düşüncə, Marksist düşüncə dünyanın ən pis fəlsəfəsidir, dünya tarixinin ən böyük dəccal hərəkatıdır.
(A9 TV; 14 Avqust 2012)
Kommunizmə qarşı millət olaraq tək vücud olmalıyıq. Başqa cür bu canavar, Allah qorusun, yavaş-yavaş udar.
(A9 TV; 14 Avqust 2012)
Qədr Gecəsini dərk etmək çox böyük nemətdir. Bu gecə həyati gözəllikdir. Həyati hikmətlərin meydana gəldiyi, həyati dərinliyin olduğu bir gecədir.
(A9 TV; 14 Avqust 2012)





