Şiəlikdə insan sevgisi çox əhəmiyyətlidir. ƏLƏVİLİK XURAFATÇILIĞA QARŞI MÖHKƏM BİR SİSTEMDİR. Xurafatçının ruhunda sevgisizlik, anlayışsızlıq, kobudluq, münafiqlik, kələkbazlıq, yalançılıq vardır, dərinlik yoxdur. Şiəlikdə sevgi, dərinlik, ehtiras, incəlik gözəllik, xoşluq vardır.
(A9 TV; 17 Avqust 2012)
Heyvanlar şüursuz kimi görünür, amma şüurludurlar. Məsələn, balalarını bəsləməklə qorumaqda, evlərini düzəldərkən şüurlu davranarlar, quşa baxırsan, gözündə boş bir ifadə vardır. Heç bir məna yoxdur. Amma heç bir insanın düzəldə bilməyəcəyi dərəcədə mükəmməl ev düzəldir.
(A9 TV; 16 Avqust 2012)
Dünya narahatdır, dayanmadan zəlzələ ilə silkələnir. Dünyanın özü də canlıdır, yəni Allahın əmrini dinləyir. Məsələn, Allah yerə əmr etdiyi zaman əmrinə tabe olar. Allah Quran ayəsində deyir ki, ey ərş, suyunu ud, ey göy, suyunu tut. Dərhal Allahın əmrini dinləyirlər. Yəni şüursuz kimi görünlər, amma şüurludurlar.
(A9 TV; 16 Avqust 2012)
Hz. Mehdi (ə.s.) zühur edəndə nə Darvinizm, materializm qalacaq, nə məzhəb münaqişələri, nə də xristiyan, yəhudi, şiə, sünni düşmənliyi davam edəcək. Əks halda dünya xərçəng vəziyyətindədir.
(A9 TV; 16 Avqust 2012)
Məzhəblər ortadan qalxdığı zaman Əshabi-kiram kimi olacağıq. Hər kəs bir-birinə sarılacaq. Hər kəs bir-biri ilə dost, qardaş olacaq. Eynilə Əshabi-kiram kimi tək məzhəb, tək din olacağıq.
(A9 TV; 16 Avqust 2012)
Məzhəblər aradan qalxmalıdır. Bunu da ancaq hz. Mehdi (ə.s) edə bilər. Ondan başqasının məzhəbləri qaldırması da çox təhlükəli olar. Çünki adam öz başına ictihad etməyə çalışar.
(A9 TV; 16 Avqust 2012)
Təkcə müsəlmanların da kommunizmə gücü çatmaz. Çox qəddar bir sistemdir. Ancaq xristianlarla ittifaq edərək, İsa Məsihin duası, Mehdi (ə.s)-ın səyləri ilə nəticə alınacaq, inşaAllah.
(A9 TV; 15 Avqust 2012)
Kommunizm dəccaliyyət dini olduğu üçün onun da mistik tərəfləri vardır.
(A9 TV; 15 Avqust 2012)
Kommunizmin ən həssas yeri, ürəyi Darvinizmdir. Yəni kommunizmi yıxmaq istəyirsənsə, Darvinizmi yıxmalısan. Darvinizmin də ən həssas yeri fosillər və proteinlərdir, zülalların quruluşudur.
(A9 TV; 15 Avqust 2012)
Diqqət etsək, dünyanın sonu da kommunizmlə bitir. Qiyamət qopanda kommunizmin ən azğın dövrü olacaq.
(A9 TV; 15 Avqust 2012)





