Xristianların, musəvilərin, buddistlərin, qarışqaların belə lideri var amma “müsəlmanların başı olmasın” deyirlər. Allah müsəlmanları mənəvi lideri ilə birlikdə yaratmışdır. “Müsəlmanlar başsız olsun, müsəlmanlar dağınıq olsun” demək Qurana uyğun deyil.

(A9 TV; 3 iyun 2018)

Müsəlmanların birləşməsinin tək çözüm olduğunu müsəlmanlar həmişə gündəmdə saxlamalıdır. Tək cümlə İslam aləminin hər yerində gündəmə gətirilsə böyük təsiri olar. Misirdən bir jurnalistə, Tunisdə bir market sahibinə, Fələstində bir şagirdə hər kəs “müsəlmanların birləşməsi tək çözümdür” deyə yazsa, dalğa-dalğa yayılar.

(A9 TV; 3 iyun 2018)

Hər yatdığımızda hər gün ölür, hər gün dirilirik. Bir gün də yenə yatacağıq və əslində bir yuxu olan bu həyatdan oyanacağıq. Yuxudan qalxdığımızda, yuxu ilə həyatın necə fizika qaydaları fərqli olur amma bizə qəribə gəlmirsə, axirətdə də fizika qaydalarının olmamasını çox adi qarşılayacağıq.

(A9 TV; 2 iyun 2018)

Münafiq axmaqdır. Özünə axmaq təsəllilər tapmağa çalışar. Allaha, Allahın sevdiklərinə, İslama, Qurana düşmən olan münafiqlərə Allah düşməndir. Nəsillər boyu davam edəcək alçaldılma, nifrət edilmə və lənəti boyun olmuşlar. Qotur itlər belə münafiqlərin yanında dayanmaq istəməz.

(A9 TV; 2 iyun 2018)

Allahı sevmək dünyadakı ən əhəmiyyətli mövzudur. Allahı, haşa, bir kənarda buraxmış kimi öz halına dalmaq insanların ən böyük səhvi və əxlaqsızlığıdır. Allah çox mərhəmətli və şəfqətlidir, insanların bu qədər anormallığına baxmayaraq bütün insanlara rəhmət edir. İnsanlar özlərinə belə vəfasızlıq, nankorluq edilsə yeri yerindən oynadarlar. Allah isə çox mərhəmətlidir.

(A9 TV; 1 iyun 2018)

Münafiqin müsəlmanlara saysız faydası vardır. Münafiqlə elmi mübarizə, müsəlmanın ağlının daha kəskinləşməsinə, daha güclənməsinə səbəb olur. Münafiqdə şeytani müqavimət vardır, bu müqavimət müsəlmanlar üçün yaxşı fürsət olar. Müsəlmanların daha coşğulu, daha dinamik, daha bir-birinə bağlı, daha canlı olmalarını təmin edər.

(A9 TV; 31 may 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)