Biz ingilis xalqını və dövlətini sevirik. Bizim qarşı olduğumuz İngiltərə dərin dövləti və Yaxın Şərqi qan gölünə döndərmək üçün qurduqları planlardır.

(A9 TV; 10 dekabr 2017)

Münafiq şeytanın yönləndirməsi ilə hərəkət edən məxluq olduğu üçün nə desə tərsinin edilməsi lazımdır. Məsələn, müsəlmanlar dağılsın deyir, əksinə daha çox birlikdə olub inkişaf edib möhkəmlənməlisən. Müsəlmanların evini, avtomobilini, işini qısqanırsa daha artığına sahib olmalısan. İslam hakim olmasın deyir. İslamın hakim olması üçün qat-qat daha çox iş görməlisən. Münafiqlə elmi mübarizə müsəlmanlara bərəkət gətirər.

(A9 TV; 10 dekabr 2017)

Qurana əməl edildiyi zaman bütün insanlar quşlar kimi azad və rahat olacaq. İnsanların üzərində cəmiyyətin, yanlış ənənələrin, ətrafın və hər cür lazımsız qanunun təzyiqi var. Bu təzyiqlərin hamısını aradan qaldıracaq şey Qurana tabe olmaqdır.

(A9 TV; 10 dekabr 2017)

İsrail və Türkiyə arasında olması lazım olan dostluqdur. Trampın lazımsız çıxışı birdən-birə bütün bölgəni narahat etdi. Qüds bütün insanların, bütün müsəlmanların, xristianların, musəvilərindir. Qüdsün siyasi mərkəz deyil, dostluq, qardaşlıq mərkəzi olması doğru olar. Hər dindən olan insanın birlikdə gözəl yaşayacağı mühit olmalıdır. İngiltərə dərin dövləti Türkiyə və İsrail münasibətlərinin korlanmasını istəyir. Bu oyunu pozmaq üçün tezliklə sakit, dostcasına üsluba keçmək lazımdır. İngiltərə dərin dövlətinin fitnəsini dayandırmaq ağıllı və doğru olandır.

(A9 TV; 10 dekabr 2017)

Musəvilər hz. Musa (ə.s)-ı sevən, Tövrata tabe olan, bizim dinimizə hörmət göstərən, Allahın tək olduğunu deyən, axirətə, Cənnətə, Cəhənnəmə inanıram deyən, Allahı sevən, gözəl əxlaqlı insandırlar. Belə insanlara mənfi baxış prizması ilə yanaşmaq bizim dinimizə görə də çox yanlış olar.

(A9 TV; 10 dekabr 2017)

Qadın Allahın yaratdığı, kainatdakı ən yüksək nemətdir, ən yüksək həzdir. Qadını təhlükədən qorumaq istəyi, çox nəcib hissdir. Qadının sağlamlığına, səhhətinə diqqət yetirmək, qadını çiçək kimi canlı saxlamağı istəmək, imanını güclü saxlamağa, qadını şeytanın təsirindən uzaq tutmağa çalışmaq müsəlmanın mühüm hədəflərindəndir. Müsəlman Allahı sevdiyi üçün, sevdiyinin də Allahı çox sevməsini istəyər. Bunun üçün də sevdiyinin imanını gücləndirmək üçün səy göstərərlər. Çünki müsəlmanlar bir-birlərini axirətə istiqamətli əbədiyyətə niyyətlə Allah rizası üçün sevərlər.

(A9 TV; 10 dekabr 2017)

Allah Quranda münafiqlərdən onlarla ayə ilə bəhs etmişdir. Müsəlman münafiqlə qarşılaşdığı zaman Quran ayəsi ilə qarşılaşdığını bilməyin şövqü ilə lazımi elmi mübarizəni aparmalıdır. Münafiqlə elmi mübarizə namaz kimi, həcc kimi fərzdir. Münafiqlə qarşılaşdığın zaman şeytanla qarşı-qarşıya olduğunu biləcək diqqətlə elmi yolla təqib etməli və lazımi elmi cavab verməlisən.

(A9 TV; 10 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)