Quranda musəvi və xristian düşmənçiliyi yoxdur. Hər cəmiyyətin zalımı ola bilər. Müsəlman zalıma və zülmə qarşı olar, lakin insana musəvidir deyə, xristiandır deyə düşmən ola bilməz. Tam əksinə Allah musəvi və xristian qadınlarla evlənə bilərsiniz deyir. Musəviləri gördüyünüz zaman öldürün demir, dost olun deyir. Mülki insanı öldürməyin cəzası Qurana görə əbədi cəhənnəmdir. Müsəlman heç vaxt zorakılığa əl atmaz.
(A9 TV; 10 dekabr 2017)
Qüds dini şəhərdir. Qüdsü siyasi mərkəz etmək doğru olmaz. Qüdsü açıb genişləndirək, şəhərin mərkəzini abadlaşdırıb tarixi quruluşuna heç toxunmadan gözəlləşdirmək lazımdır. Hər yeri təmizləyək, tərtəmiz olsun. Zeytunluq, bağlıq, bağçalıq edək. Dünyanın hər yerindən insanlar gəlsinlər. Xristianlar, musəvilər, müsəlmanlar birlikdə ibadətlərini yerinə yetirsinlər. Bir yerdə gözəl yaşayaq.
(A9 TV; 10 dekabr 2017)
Hər problemi həll edəcək məsələ sevgidir. Məsələn, Yunanistanla dostluq yaradılacaqsa tək məsələ sevgi olacaq. Siyasi mənfəətlər gündəmə gətirildiyi anda məsələ yenidən kilidlənər. Ölkələr arasında mənfəətdən bəhs edilməməlidir. Təkcə sevgidən bəhs edilməlidir. İran, Fələstin, İsrail, hər kəsə sevgi ilə yanaşdığımız zaman hər məsələ həll edilər. Dünya bomboşdur, müqəddəs torpaqlar geniş ərazini əhatə edir. Hamımız birlikdə gözəl-gözəl yaşayaq. Azərbaycan, İran bizim canımızdır. Gürcüstan, Yunanistan bizim övladlarımızdır. Onlar gəlsinlər bura yerləşsinlər biz gedək orada rahat yaşayaq, sevgi ilə hər məsələni həll edərik.
(A9 TV; 10 dekabr 2017)
Əhli-beyt düşmənçiliyi dəccaliyyət tərəfdarlarının oyunudur. Münafiqlər əhli-beyt düşmənidirlər. Şiələr nur kimi müsəlmandırlar. Onların hz. Əliyə olan sevgisi bütün İslam aləmi üçün gözəllikdir. Şiə-sünni düşmənçiliyi deyə bir şeyi qəbul etmirik, biz qardaşıq.
(A9 TV; 10 dekabr 2017)
İran Türkiyənin qədim dostudur. İranla həmişə sülh, qardaşlıq şəraitində yaşamışıq. Bundan sonra da belə olacaqdır. Allah qardaşlığımızı möhkəmləndirsin, hz. Mehdinin zühurunda İran və Türkiyə olaraq birlikdə xidmət edək inşaAllah.
(A9 TV; 10 dekabr 2017)
Namazı çətinləşdirmək şeytanın təlqinidir. Namazı açıq zehinlə, vəsvəsə etmədən, diqqəti Allaha yönəldərək qılmaq lazımdır. Namazda şüurun açıq olması və diqqətin Allahda olması kafidir. Huşu açıq şüurla, nə dediyini bilərək namazı qılmaqdır.
(A9 TV; 9 dekabr 2017)
Müsəlman olduqdan sonra həyata küsməyəcəyini insanlara göstərmək əhəmiyyətlidir. Təbliğdə gözəlliyin, incəsənətin, sevincin yeri əhəmiyyətlidir. İnsan təbliğ edən müsəlmana baxaraq həyatında nə gözəlliklər olacağını görməlidir. Müsəlman olduğu zaman həyatında musiqi, sevinc, incəsənət, gözəllik olacağını görən hər insan İslamı qəbul edər.
(A9 TV; 9 dekabr 2017)
Müsəlman yaxşı niyyətlidir və açıqdır, dürüstdür. Münafiq isə müsəlmanların yaxşılığı və gözəlliyini, ən ağlasığmaz ağılsız şərhlərlə, çirkin şey kimi göstərməyə çalışar.
(A9 TV; 9 dekabr 2017)
Xəyal olan dünyanın həqiqi kimi hiss edilməsi Allahın böyük sənətidir.
(A9 TV; 9 dekabr 2017)
Kompliment və tərif insana fərəhlik verər. Sevgiyə doymağın ən gözəl cəhətlərindən biridir. Pişik görüb, uşaq görüb heç nə söyləməmək çox narahatedicidir. Qadını da sevdiyi zaman insan gözəlliyini ifadə etmək istəyər. Tərif, Allahın sənətinə tərifdir. Allah gözəlliyi nemət olaraq verir, bu neməti görüb tərifləmək lazımdır.
(A9 TV; 9 dekabr 2017)





