Pirsinq də, döymə də gənclərə yaraşır. Dəliqanlıya döymə yaraşır, gənc qızlara da çox gözəl olur. İslamda döymə haramdır deyə bir hökm yoxdur. Gənclər sadəcə gigiyenaya mütləq diqqət yetirsinlər, sterilləşdirilmiş olması əhəmiyyətlidir, İslam baxımından problemi yoxdur.
(A9 TV; 11 dekabr 2017)
Boş insanın ruhu və dünyası boşdur. İnsanları düşünməz, eqoistdir, heyvanlaşmışdır, təkcə ət və sümükdən ibarət kütlədir. Yemək yeməyi, küçəyə çıxması, ehtiyaclarını ödəməsindən başqa məsələ onu maraqlandırmaz. Allahı, axirəti düşünməz. İnsanlıqdan çıxmış varlıqdır.
(A9 TV; 11 dekabr 2017)
Fələstin və İsraili barışdırıb normal yaşamalarını təmin etmək lazımdır. Bu torpaqların sülh yurdu halına gəlməsi lazımdır. O divarlar, polislər, əsgərlər olmadan yaşanılan torpaqlar olması üçün səy göstərməyimiz lazımdır. Sərt, davakar üslubdan həmişə qaçmaq lazımdır. Münaqişədən bir nəticə çıxmaz. Sevgi və qardaşlıqla həll yolu tapmaq lazımdır.
(A9 TV; 11 dekabr 2017)
Münafiqlərin hər həmləsində mövqeləri daha da ağırlaşır, iyrənclikləri daha da artır. Müsəlmanların isə nuru artır və yayılır.
(A9 TV; 11 dekabr 2017)
Tayyib hocam bütün dünya müsəlmanlarını qorumaq məsələsində çox vicdanlı və həssasdır. Rohincalı müsəlmanlara da həmişə sahib çıxdı, çıxmağa davam edəcək. Bütün müsəlmanlardan Tayyib hocama dua edib dəstək olmalarını istəyirik. Millət olaraq rohincalı müsəlmanları çox sevirik. Onlar sahibsiz deyildirlər. Onlar üçün əlimizdən gələn bütün səyi sonuna qədər göstərəcəyik.
(A9 TV; 11 dekabr 2017)
Dünyanın hər hansı yerində müsəlmana hücum edildikdə bütün müsəlmanların birlik olub onu qorumaq üçün elmlə, irfanla səy göstərmələri fərzdir. Rohincalı müsəlmanlar eynilə səhabələr kimidirlər, Peyğəmbərimiz (s.ə.v) kimi çətinliklərlə imtahan olunurlar. Qəlbləri rahat olsun, bu imtahanlardan mütləq keçəcəklər, lakin nəticəsi çox yaxşı olacaq inşaAllah.
(A9 TV; 11 dekabr 2017)
Həkimlik müqəddəs peşədir. Həkimlərin uzun saatlarla növbədə qalmasına ehtiyac olmaması üçün tibb fakültələrinin sayının artırılması, giriş balının bir qədər azaldılması yaxşı olar. Mövcud vəziyyətdə həkimlər çox yorulur. Həkimlərə veriləcək psixoloji dəstək dəyərlidir. Hər yerdə həkimlərə sevgi və hörmət göstərilməlidir, məsələn, restorana gələn bir həkimdən pul alınmaz.
(A9 TV; 10 dekabr 2017)
Soyuq havalarda küçə heyvanlarına su və yemək verilməsi çox əhəmiyyətlidir, çox böyük savabı olar. Onların ağzı var dilləri yoxdur, zibil qutularının başında yemək gözləyirlər. Hərə bir boşqab yemək qoysa, hamısı çox xoşbəxt olar.
(A9 TV; 10 dekabr 2017)
Süfrə, Allahın nemətlərinin sərgisidir. Süfrədəki nemətlər Allahın sənətinin sərgiləndiyi yer olduğu üçün ehtişamlı və gözəl olması lazımdır. Zeytun, alma, yumurta, süd, hamısı ayrı gözəllikdir. Hamısının ən gözəl şəkildə təqdim edilməsi və hər biri üçün şükür edilməsi əhəmiyyətlidir. Mömin süfrəyə baxdığı zaman oradakı iman həqiqətlərini görəcək və Cənnətdəki əsillərini göstərməsi üçün Allaha dua edəcək.
(A9 TV; 10 dekabr 2017)
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik.
(A9 TV; 10 dekabr 2017)





