Sevginin və ehtirasın ustadı qadınlardır. Kişi qadındakı ehtirası, dərinliyi, eşqi seyr edər. Bu gözəlliyi seyr edərkən ona eşq təqdim edər. Lakin eşqin və ehtirasın əsas mənbəyi qadınlardır. Qadın sevgisiz ucsuz-bucaqsız dəniz kimidir. Qadın ruhu asanlıqla əlaqə yaradılan ruh deyil. Qadın əvvəlcə dəyər görmək istəyər. Qadın eqoist insanı sevə bilməz, gücü çatmaz, istəsə də sevə bilməz. İstədiyi qədər yaraşıqlı olsa da, Allah eqoist olanı qadına sevdirməz. İncəsənət xadimi kimi qadının ruhundakı təfərrüatları görə bilmir və ondan həyəcan duya bilmirsənsə, qadında da təsir yaranmaz. Süni insanların süni reaksiyaları qadınlar üçün əziyyətdir.

(A9 TV; 9 dekabr 2017)

Şirkdən qorunmaq üçün insan gün ərzində səhər oyandığından etibarən hər şeyi Allahın etdiyini özünə xatırlatmalıdır. Bunu etdiyi andan etibarən ağlına bərəkət gələr, o insan metafizik varlığa dönər. Səssiz-səmirsiz bərəkət qazanar. İşləri rast gedər, hər şeydə müvəffəqiyyət qazanar. Əgər təbliğ edirsə və təbliği qurtarmayıbsa ölməz. Ömrü uzun olar. Təbliğinə mane olacaq xəstəlik olmaz. Peyğəmbərlərin ömrü vəzifələri bitmədiyi üçün uzun olmuşdur.

(A9 TV; 9 dekabr 2017)

Hər şeyin tale ilə olması böyük nemətdir. Allah qorusun, nəzarətsizlik olsa dəhşət verici olardı. Taleyin nemət olduğunu çox yaxşı dəyərləndirmək lazımdır. Taledə hər şey sağlam, yaxşı və xeyirlə yaradılar. Taleyə tabe olduqda heyrətamiz dərəcədə rahatlıq olar.

(A9 TV; 9 dekabr 2017)

Münafiq üçün o murdar bədəni çox əhəmiyyətlidir. Allah, axirətdə münafiqin öz bədənini öz əleyhinə danışdıracaq. Bu münafiqə ən ağır gələcək cəzalardan biridir. Öz dili, öz əli, öz dərisi onun əleyhinə danışacaq.

(A9 TV; 9 dekabr 2017)

Münafiq heyrətamiz ləyaqətsiz olmasına baxmayaraq, həmişə özünü ucaltmağa çalışar. Necə cəsur, fədakar olduğunu söyləyər. Möminləri də o zəif ağlı ilə həmişə pisləyər. Bunun səbəbi, özünün ləyaqətsizliyini bilməsi və möminləri günahlandıraraq vəziyyəti yüngülləşdirməyə çalışmasıdır.

(A9 TV; 9 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)