Müsəlmanların birlik ola bilmələri üçün səmimi-qəlbdən sevəcəkləri mənəvi lider ətrafında birləşmələri lazımdır. Hal-hazırda hər kəs fərqli dünyagörüşünə sahib olduğu üçün bir-birilərinin yanına belə getmirlər. Müsəlmanların birliyi Mehdi ətrafında olacaq.
(A9 TV; 11 dekabr 2017)
İman həqiqəti demək Allahın sənətini ağıllı, elmi dəlillərlə insanlara təqdim etmək və insanların başa düşəcəyi şəkildə hazır və onu düşünməkdə çətinlik çəkməyəcəkləri şəkildə dərk etmələrini təmin etməkdir. İnsanlara, təhlil edə bilməyəcəyi bilgini hazır vəziyyətdə təqdim etsək, kainatdakı gözəlliklərin, atomun quruluşunun, hüceyrənin daxili təfərrüatlarının təsadüfən əmələ gələ bilməyəcəyini elmi dəlillərlə insanların qarşısına qoysaq insanların daha sürətlə dərk etməsinə vəsilə olarıq. Elm Allahın sənətini öyrətmə sənətidir.
(A9 TV; 11 dekabr 2017)
Uşaqlar məktəbə getdikləri zaman təhsilin məqsədinin nə olduğunu bilmirlər. Halbuki məqsədin onlara izah edilməsi lazımdır. Bu təhsil sayəsində keyfiyyətli olacaqsınız, insanlar keyfiyyətli insanları sevər, daha çox seviləcəksiniz deyilməlidir. Taxta cərgələrdə, səhərdən-axşama qədər havasız mühitdə, əzbərçiliyə əsaslanan təhsil olmamalıdır. Ev mühitində, rahat kreslolarda, rahat paltarlarla, filmlərlə, mahnılarla uşaqlara təhsil verilsə məktəbi çox sevərlər.
(A9 TV; 11 dekabr 2017)
Allah Onu zikr edənə nur verər. Nur ilə Allahı zikr etmək eyni anda yaradılar. Gözəlliklə Allahı zikr etmək eyni anda yaradılar.
(A9 TV; 11 dekabr 2017)
Səmimiyyət insanın içindəki ən gözəl, ən müsbət duyğudur. Mənfi enerjidən və eqoistlikdən təmizlənmiş, həmişə Allahın lehinə düşünən fərəhləndirən ruh halıdır.
(A9 TV; 11 dekabr 2017)
Stressin olmaması, təvəkkülün tam olması üçün anı yaşamaq əhəmiyyətlidir. Keçmişi və gələcəyi dərd etmədən, özünü tamamilə Allaha təslim etməlidir mömin. Möminin gördüyü hər iş Allaha həsr edilmiş olmalıdır. Allahın rizasını qarşıya məqsəd qoymamaq həyatı cəhənnəmə döndərmək deməkdir. Allahın sevgisini bir yerdən çıxartsan ora kabus, qorxu, dəhşət və əzab gələr.
(A9 TV; 11 dekabr 2017)
Məscidlər par-par parıldayan çox təmiz və baxımlı olmalıdır. Məscidə girdiyin vaxt hər yer tərtəmiz olmalıdır. Namaza gələn insanlar, ibadət kimi təmizliyə də diqqət göstərməlidirlər. Baxımsızlıq və səfalət heç vaxt yaraşmaz.
(A9 TV; 11 dekabr 2017)
Allah üçün yaşamırsansa, saf sevgi üçün yaşamırsansa, deməli, məhv olmusan, sürünürsən. Dünyadakı hal-hazırkı ağrı-acıların səbəbi sevgi üçün yaşanmamasıdır.
(A9 TV; 11 dekabr 2017)
Qüdsün bağlıq, bağçalıq edilməsi əsas şərtdir. Formasız binaların hamısının aradan qaldırılması, təkcə tarixi binaların qalması və bərpa edilməsi lazımdır. Şəhərin yaşayış sahəsi ən az 30 kilometr kənara köçürülməlidir. Qüds ibadət şəhəridir. Siyasi şəhər halına gətirmək doğru olmaz.
(A9 TV; 11 dekabr 2017)
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur.
(A9 TV; 11 dekabr 2017)





