Münafiq öz əxlaqsızlığını ört-basdır edə bilmək üçün müsəlmanlara böhtan atar. Özü dağıldığı və münafiq deyə qəbul edildiyi üçün bütün müsəlmanların dağılmasını istəyər. Sonunda yorğun olar, tək qalar və Allah onları hər vəziyyətdə əzər. Tək yaşayıb qotur it kimi tək ölmək Allahın münafiqlərə verdiyi cəzadır.

(A9 TV; 12 dekabr 2017)

Allahın gücünü unutmamaq çox əhəmiyyətlidir. Bəzi insanlar Allahı xatırlayır, lakin qorxur, təlaşa qapılır, insanların dedikləri onlara təsir edir. Bunun səbəbi Allahın gücünü unutmaqdır. Allahın sonsuz gücünü yadda saxlamayan insanın ruhən və cismən sağlam olması qeyri-mümkün olur. Allahın sonsuz gücünü anlaya bilməyən insanlar; “həyatın reallıqları var” zənn edərlər, özlərini ayıq-sayıq zənn edər, lakin çox böyük əzab yaşayarlar.

(A9 TV; 12 dekabr 2017)

Bizim Birləşmiş Krallıqla və ingilis xalqı ilə məsələmiz yoxdur. Birləşmiş Krallığın da başına bəla olmuş İngiltərə dərin dövləti ilə elmi mübarizəmiz var. Bu bəla insanların başından qalxana qədər elmi yolla mübarizə aparmağa davam edəcəyik. Bu elmi mübarizəmizlə ingilis xalqını da mühasirədən xilas edirik. İngiltərə dərin dövləti gəlib-keçmiş ən böyük mafiya və terror qruplaşmasıdır, dünyadakı bütün terror təşkilatları bu struktura bağlıdır.

(A9 TV; 12 dekabr 2017)

Dəccaliyyət, Qüds məsələsini münaqişə məsələsi halına gətirmək istəyir. Sel kimi müsəlman və musəvi qanı axsın istəyirlər. Birinin buna dur deməsi lazımdır. Tərəf tutmadan sülh üçün çalışan olmaq əhəmiyyətlidir. Qüds siyasi mərkəz olmasın. Qüdsdən kənarda, məsələn, ən azı 20-30 km kənarda siyasi mərkəz ola bilər. Lakin şəhərin tarixi, dini mərkəzi, siyasi sahə halına gətirilməməlidir. Qüds ibadət şəhəri olaraq qalmalıdır və tarixi quruluşu heç vaxt pozulmamalıdır.

(A9 TV; 12 dekabr 2017)

Münafiqdə saxtakar əsnaf üslubu var. Qurana, İslama, Rəsulullah (s.ə.v)-ə düşmən olduqları halda, Quranla danışır və Peyğəmbərimiz (s.ə.v)-i Quranla tənqid edirdilər.

(A9 TV; 11 dekabr 2017)

Tarixin hər dövründə münafiq danışıqları eynidir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər nə deyirsə, Axırzaman münafiqləri də eyni şeyləri deyir. Münafiqlərin elmlə, irfanla intiqamı 1400 ildir ki, alınmadı. Hz. Əlini, hz. Həsəni, hz. Hüseyni, hz. Osmanı şəhid etdilər, heç kim bir şey etmədi. Münafiqlərdən elmlə, irfanla, qanunla, hüquqla necə intiqam alınar bütün dünya bunu görəcək inşaAllah.

(A9 TV; 11 dekabr 2017)

İdman klublarının sevgi, şəfqət və mərhəmət məsələlərində gənclərə dair əhatəli təhsil təbliğatı planlaşdırmaları lazımdır. “Sevgi tək məqsədimizdir”, “dostluq tək məqsədimizdir”, “qardaşlıq tək məqsədimizdir”, “millətik, həmrəyik, birlikdəyik, bir-birimizi sevirik” tərzində şüarlar plakatlarla gənclərə təkrar-təkrar söylətdirilsə cəmiyyətdə çox müsbət təsir yaranar.

(A9 TV; 11 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)