Əvvəllər İslamdan bəhs edən kitablar eyni cür, keyfiyyətsiz kağızda dərc edilirdi. Kitablarda incəsənətdən istifadə etmək, İslamdan bəhs edərkən incəsənəti önə çıxartmaq bizə nəsib oldu.
(A9 TV; 13 dekabr 2017)
Hüceyrə, atom, hamısı çox sakitdir, çox səmimidir, təkcə Allaha təslim olub yaşayırlar. Atomlar 15 milyard ildir ki, heç nəyə ehtiyac duymadan Allah deyərək fırlanırlar. Mömin də çox səmimi və rahat olsa, Allaha dostcasına və hüsnü-zənlə yaxınlaşsa, Allah ona dostcasına yaxınlaşar. İnsan Allaha necə yaxınlaşırsa, Allah insana elə yaxınlaşar.
(A9 TV; 13 dekabr 2017)
Çiçəklər qadın kimi gözəl varlıqdır. Çox təmizdirlər, çox gözəldirlər, məsumdurlar, hörmətcildirlər, Allahın sənətini göstərməkdə çox coşğuludurlar, Allahın mövcudluğundan insanlara bəhs etməkdə sevinc içindədirlər. Çiçəklərin mövcudluğu çox böyük nemətdir.
(A9 TV; 13 dekabr 2017)
Qüds siyasi mərkəz halına gətirilməsin. Şəhərdən 30 kilometr kənarda Fələstin və İsrail öz bölgələrində Qüdsü paytaxt elan etsinlər. Lakin şəhərin tarixi quruluşuna heç toxunulmasın. Diplomatik missiyalar ən az 30 km kənarda olsun. Qüdsün mərkəzi ibadət şəhəri olaraq qalsın. İsrail rəsmi bəyanatla birləşdirmə niyyəti olmadığını açıqlasın. ABŞ da rəsmi bəyanatla mövcud xəritənin dəyişdirilməsini qəbul etmərik desin. Birləşdirilmə ehtimalının olmadığı rəsmi bəyanatlarla təsdiq edilsin. Xəritənin dəyişdirilməyəcəyinə zəmanət verildikdən sonra Şərqi Qüds Fələstinin, Qərbi Qüds İsrailin paytaxtı olsa problem olmaz.
(A9 TV; 13 dekabr 2017)
Münafiqlər şərt qoyaraq iman edərlər. Ayədə; “çıxılacaq yol onlara uzun gəldi, qısa yol olsaydı mübarizə aparardılar” deyə bildirir Allah. Uzun vəd münafiqin xoşuna gəlməz. Müsəlman İslam hakim olsa da, olmasa da ömrünün sonuna qədər İslamdan bəhs etməklə məsuldur. Münafiqi isə məqam, mövqe, pul sahibi olmaq maraqlandırar. Bu qədər vaxt sonra nemətə qovuşub-qovuşmayacağına baxar. Qovuşa bilmirsə dərhal iyrənc üzünü göstərər.
(A9 TV; 12 dekabr 2017)
Münafiqlərin mövcudluğu möminlərin diqqətinin açılması üçün əhəmiyyətlidir. Münafiqin hücum etdiyi məsələləri görüb bu məsələlərdə lazımi tədbirləri görmək möminləri daha da gücləndirər. Münafiq kimi müsəlmanlara hücum edən yoxdur. Buna görə də, münafiqlə elmi mübarizə çox məqbul və dəyərli ibadətdir.
(A9 TV; 12 dekabr 2017)
Sevilənlə sevən arasındakı əlaqəni Allah yaradar. Allah sevgini ortaq yaratdığı üçün onun elektrikini ona, onun baxışının gözəlliyini onun baxışına ötürər, qarşılıqlı nur alış-verişi olar və təbii olaraq bir-birini sevərlər. Arada məsafələr də olsa Allah səmimi sevginin elektrikini bir-birinə çatdırar. Lakin gənc qızı sevənin onun azadlığına müdaxilə etməyəcəyinə, namusuna, iffətinə, dininə, imanına, canı bahasına sahib çıxacağına dair mütləq zəmanət verməsi lazımdır.
(A9 TV; 12 dekabr 2017)
Münafiq xüsusi yaradılmış məxluqdur. Qəlbən pislikdən heç vaxt peşman olmaz və əl çəkməz. Lazımi elmi mübarizə ilə murdar fəaliyyətləri dayandırılar, lakin səmimi peşmançılıq yaşamaz. Buna görə də, Allah onları təcrid olunmuş və tək yaşamağa məhkum edir.
(A9 TV; 12 dekabr 2017)
Cəmiyyət təzyiqi mərhəmətsizdir. Bəzən insanlar bu təzyiq qarşısında pərişan vəziyyətə düşürlər. Zəngin deyildirsə özünü zəngin göstərməsi lazım gəlir. Xoşbəxt deyildirsə, xoşbəxt təqlid etməsi lazım gəlir. İnsanların üzərindən bu təzyiqləri tamamilə aradan qaldırıb həqiqətən xoşbəxt və rahat olmalarını təmin etmək, hər cür məcburiyyətdən xilas olmalarına imkan yaratmaq lazımdır.
(A9 TV; 12 dekabr 2017)
Müsəlmanların birlik olması yaxşı insanların birlik olması mənasındadır. Döyüşlərin, gərginliyin bitməsi, gözəlliyin, keyfiyyətin, düzgünlüyün hakim olmasıdır. Gecə küçəyə çıxmaqdan narahat olmayacaqsan, qapını döyəcəksən xoş gəldin deyəcəklər söhbət yaradılacaq. Hal-hazırda dünyada belə güvən yoxdur. Cənnət güvən və sevgi üzərində qurulmuşdur. Dünyada da bu sevginin, dostluğun, hüzurun təcəlli etdiyi gözəllik olmasını istəyirik. İslam Birliyi olduğu zaman sevgi dünyaya hakim olacaq. Hər gün dava, hər gün cinayət, hər gün həyat bahalılığı, hər gün ağrı, əzab, rəzalət xəbərləri dərc olunur. Artıq nə incəsənət, nə də gözəllik xəbəri olur. Çünki dəccaliyyət dünyaya uzun müddətdir hakimdir. Mehdiyyətin əks elmi həmləsi yeni başlayıb və ildırım sürəti ilə dünyaya hakim olacaq inşaAllah.
(A9 TV; 12 dekabr 2017)





