Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: “Mənə icazə ver və məni fitnəyə salma” deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.)

(A9 TV; 13 dekabr 2017)

Münafiq müsəlmanlara zərər vermək, darvinizmi, məqsədsizliyi və hər cür rəzaləti müdafiə etmək, möminlərin dağılmasını təmin etmək və dinin əleyhinə olan dəccaliyyətlə əməkdaşlıq etmək üçün müsəlmanların yanından ayrılır. Bunu edərkən də yaxşılıq istəyirik deyə and içərlər. Peyğəmbərin yanından ayrılıb hər cür həyasızlığı edərlər, lakin biz İslama xidmət etmək istəyirik deyə and içərlər. (Tövbə surəsi, 107: Zərər vermək, inkarı (möhkəmləndirmək), möminləri ayırmaq və daha əvvəl Allaha və elçisinə qarşı müharibə edəni gözləmək üçün məscid inşa edənlər və: “Biz yaxşılıqdan başqa şey istəmədik” deyə and içənlər (var ha,) Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edir.)

(A9 TV; 13 dekabr 2017)

Münafiqlərin daxil olmadığı cinayət növü, etmədiyi ləyaqətsizlik yoxdur. Oğurluqla dolanar, fırıldaqçılıq edər, lakin müsəlmanları islah etmək iddiası ilə ortaya çıxar. Özü ləyaqətsizlik içində üzərkən müsəlmanları düzəltmək istədiyini irəli sürər. (Bəqərə surəsi 11-12: Özlərinə: “Yer üzündə fəsad törətməyin” deyildiyi zaman: “Biz təkcə islah edənlərik” deyərlər. Bilin ki; həqiqətən, əsas fəsad törədənlər bunlardır, lakin dərk etmirlər.)

(A9 TV; 13 dekabr 2017)

Peyğəmbərimiz (s.ə.v) dövründə, normalda işsiz-gücsüz küçədə gəzən boş insanlar olan münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanında zənginliyi, bərəkəti gördükdən sonra lovğalandılar. Bu lovğalıqları bir müddət sonra Peyğəmbərimiz (s.ə.v)-ə qarşı kin bəsləmələrinə səbəb oldu. Qənimətlərdən onlara verilmədikdə isə acı dilləri ilə haşa Peyğəmbər (s.ə.v)-i tənqid edirdilər. Özləri üçün xərclənilməsini istəyirlər, İslama qəlbi yaxınlaşacaqlar üçün xərclənilməsini istəmirdilər. (Tövbə surəsi, 74: Halbuki, qisasa cəhd etmələrinin, özlərini Allahın və elçisinin bol lütfündən zəngin etməsindən başqa (səbəbi) yox idi.)

(A9 TV; 13 dekabr 2017)

Münafiq çox qısqancdır. İslama və müsəlmanlara qarşı dəlisov qəzəb bəsləyər. Müsəlmanların dağılmasını İslamın dayanmasını istəyər. Quranın əmr etdiyi məsələlərdən danışılmasını qətiyyən istəməz. Münafiqi izləyərək şeytanın hansı mövzulara çox fikir verdiyi başa düşülər. Münafiq hansı mövzuda narahat olursa, narahat olduğu o mövzunu misli ilə etmək lazımdır.

(A9 TV; 13 dekabr 2017)

Qadınlar şərəfi, namusu çox yaxşı bilərlər. Qadını yönləndirmək lazım olduğu düşüncəsi çox yanlışdır. Birinin çıxıb bunu geyməlisən, buraya getməlisən, bunu etməməlisən deməsinə ehtiyac yoxdur. Mömin qadın öz vicdanı ilə doğrunu, yanlışı və özünü necə qoruyacağını bilər. Qadınların xoşbəxtliyinə heç nə təsir etməsin. Öz qaydalarını özləri qoysunlar. Cəmiyyətin, məhəllənin, insanların özlərinə qayda qoymasına icazə verməsinlər, təzyiqə boyun əyməsinlər. Quranın qaydaları hər kəsə kifayət edər. Müsəlman üçün Qurandakı azadlıqdan başqa həyat olmaz. Quran üstəgəl cəmiyyətin qaydası, Quran üstəgəl yanlış adətlər, demək həyatı zəhər etməkdir. Təkcə Quranın sərhədləri kafidir.

(A9 TV; 13 dekabr 2017)

İnsanların gözəl yaşaması lazım olduğu halda, həyatları ancaq avtobus dayanacaqlarında, məktəblərdə taxta oturacaqlarda, bədbəxtlik içində keçir. Bunun əsas səbəbi dünyada dəccaliyyət həmləsi olmasıdır. Dəccaliyyət kimi sevginin əleyhinə olan hərəkətlər güclü həmlə edər və sevgini boğarlar. Sevginin olmadığı mühitdə insanların xoşbəxt yaşaması əsas olmaz, gözəlliklər aradan qalxar, qadınlar əziyyət görər, həyatın hər sahəsində ruh və canlılıq yox olar. Bu fəlakətlər mehdiyyətlə aradan qalxacaq. Mehdiyyətdə hər şey dirilər, hər şey canlanar, hər şey ehtişam qazanar. Həyat həqiqi həyat halına gələr.

(A9 TV; 13 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)