Münafiq iyrənc məxluqdur. Allah münafiqlərlə elmi yolla mübarizə aparın dediyi üçün ibadət olaraq münafiqlərlə münasibətdə oluruq. İsrarla münafiqlərlə bağlı mövzunu gündəmdə saxlamaq bütün İslam aləminin gələcəyi üçün mühümdür.
(A9 TV; 13 dekabr 2017)
Gənclər Quran müsəlmanlığı ilə yaşamaq istəyirlər, hamısı dostluq, sevgi, bacı-qardaşlıq, keyfiyyət, sevinc, azadlıq istəyir. Gənclərin bu gözəl tələblərdə israr etməsi bizim elmi işlərimizin gözəl nəticəsidir.
(A9 TV; 13 dekabr 2017)
Allah insanların tam olmayacaq dedikləri vaxtda qurtuluşu yaradar. Hz. Musa və yanındakılar dənizin kənarına gəlir, ələ keçirildikləri düşündükləri anda Allah onları xilas edir. Bu, imtahanın bir hissəsidir. Mehdi də insanların; “artıq çox gecikdi, artıq Mehdi zühur etməyəcək” dedikləri dövrdə zühur edəcək. Xüsusilə münafiqlər “mehdiyyət yoxdur, olsaydı zühur edərdi” deyə ümidsizlik yayacaqlar, lakin mütləq mehdiyyət haqq olaraq zühur edəcək. (Xalq tam zühurdan ümidini kəsdiyi anda Mehdi zühur edəcəkdir! Onun dövründə yaşayıb ona kömək edənlərə necə xoşbəxtdirlər! MEHDİYƏ DÜŞMƏNÇİLİK BƏSLƏYİB, MEHDİYƏ VƏ ONUN ƏMRİNƏ QARŞI ÇIXANLARIN VƏ MEHDİNİN DÜŞMƏNLƏRİNDƏN OLANLARIN VAY HALINA! (Şeyx Məhəmməd ibn İbrahim Numani, “Qeybəti Numani”, səh. 301)
(A9 TV; 13 dekabr 2017)
Ən gözəl bərəkət imandır, Allahı səmimi-qəlbdən sevməkdir. Allahı həqiqi sevmə formasını dünyada çox az insan bilər. İnsanların çoxu Rəbbimiz deyər, ağlayar, səcdəyə qapanar, uca səslə dua edər, lakin Allahın yaxınlığını və hər şeyin sahibi olduğunu anlaya bilməz. Bir də ağıllı, ağlabatan, hər sözü, hər hadisəni yaradanın Allah olduğunu bilən müsəlmanlar var. Məhz belə müsəlmanlar ayrı aləmdədir. Onların hər işi rast gedər, hər istədikləri olar. Hər işlərində xeyir vardır.
(A9 TV; 13 dekabr 2017)
Müsəlmanlar dünyanı ağıllı formada ölçüb-biçmələri lazımdır. Təkcə küfr əhli, münafiqlər, müsəlmanlar vardır deyə düşünmək doğru deyil. Qəlbində xəstəlik olanlar da var. Qəlbində xəstəlik olan özünün kefi və mənfəəti ilə əlaqəli olaraq İslama yaxınlaşar. Belə birinə güvənmək çox böyük səhv olar. Bu xarakterdəki insanlar üçün İslamın, müsəlmanların mənfəəti deyil, öz mənfəəti əsasdır.
(A9 TV; 13 dekabr 2017)
Bəzi müsəlman görünüşlü insanlar o qədər öz rahatlığına düşkün olur ki, münafiqlə bağlı ayələri eşitməyə belə dözə bilmirlər. İslama, Qurana söz deyildikdə vecinə olmur. Özünə söz deyilsə dərhal reaksiya göstərər. Bu çox çirkin əxlaqdır.
(A9 TV; 13 dekabr 2017)
Eqoist insanlar olduğu müddətcə kapitalizm zəifləməz. Kapitalizm eqoist insanları qidalandıran sistemdir. Kapitalizm və kommunizmin fəlakətlərinin tam mənası ilə aradan qaldırılması mehdiyyət dövründə olacaq.
(A9 TV; 13 dekabr 2017)
Qurana görə Allah musəvi, xristian qadınlarla evlənə bilər, onlarla ailəliklə yaxınlaşa bilər, yeməklərini yeyə bilərsiniz deyir. Düşmənin olanın yeməyini yeməyəcəyinə, evlənməyəcəyinə görə deməli, Quranda musəvilərə, xristianlara qarşı düşmənçilik yoxdur. Həmçinin Quranda sinaqoqların və kilsələrin qorunmasının lazım olduğu da bildirilir. Bütün bu ayələrə görə musəvi və xristian düşmənçiliyi İslamda yoxdur.
(A9 TV; 13 dekabr 2017)
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar.
(A9 TV; 13 dekabr 2017)
Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK gəlir. Bu onların axmaqlığından və cahilliyindəndir. Kürd, türk, çərkəz, laz, hamısı Türkiyənin təməl elementləridir. Hamımız bir-birimizə qarışmış vəziyyətdəyik. Hamımız hz. Adəmin övladıyıq. İrq əsaslı yanaşma tərzi Qurana uyğun deyil. Kürd canlarımızı öz aləmində aşağı hesab edən zehniyyətdəkilərin əxlaqsızlığına heç fikir verməyə ehtiyac yoxdur. İslamda kürdlərin ayrı yeri var. Böyük mücəddidlər, müctəhidlərin böyük hissəsi kürddür. Mənim ustadım kürddür. Mədrəsələrin qalası kürd canımızın olduğu torpaqlardır. Kürdlər çox dindar və alicənab olduqları üçün dəccaliyyət onları birinci dərəcə olaraq gördü və hədəf aldı. Dinsiz, imansız PKK-nı onlara müsəllət etdi. Lakin kürdlər aslan kimi dimdik ayaqdadırlar, dindar və güclüdürlər maşaAllah.
(A9 TV; 13 dekabr 2017)





