Sonsuzluq anlayışını çox yaxşı düşünmək lazımdır. Bunu anlamaq üçün insanın dəlillər üzərində düşünməsi lazımdır. Bəlkə bütün kainat cənnətdəki gilas ağacının meyvəsindəki tək bir atomun içindədir. Allahın gücünü belə nümunələrlə düşünmək əhəmiyyətlidir. Bu gücə tabe olan insan o gücün bütün imkanlarından Allahın istəyi ilə istifadə edə bilir. O zaman insan daha nə istəyə bilər? Allahın gücünə tam təslim olmaq heyrətamiz nemətdir.

(A9 TV; 14 dekabr 2017)

Sonsuz ağıl sahibi olan Gücün sonsuz gücünün ölçüsünü çox yaxşı təqdir etməyə çalışar, bütün diqqəti və sevgini Ona yönəltsən həyatın həqiqi mənasını qazanar. O zaman həyatının və özünün necə dəyişdiyini görərsən. İnsanların laqeydliyinə heç vaxt reaksiya verməmək çox əhəmiyyətlidir.

(A9 TV; 14 dekabr 2017)

Özünü bəyənməyən çirkin kişilər, gözəl olmayan qadınlar, homoseksuallar, yetərsiz olan kişilər və ya nəzakəti, mədəniyyəti əksik olduğu üçün gözəl qadına nail ola bilməyəcəyini düşünənlərin hamısı qadın gözəlliyinə və dekolteyə qarşıdır. Bu olduqca geniş təbəqədir və bu zehniyyət qadın azadlığını aradan qaldıran sistem yaratmışdır. Özünü bir məsələdə yarım hesab edən insan bu barədə həmişə düşünər və özünün olmayanın heç kimdə də olmasını istəməz.

(A9 TV; 14 dekabr 2017)

Münafiqlər Allahı sevmədikləri üçün insanları da sevməzlər və tənha yaşayarlar. İnsanların onlardan iyrənməsi də münafiqləri anlaya biləcəyimiz yollardan biridir. Allah münafiqlərə ilkin cəza olaraq tənhalığı vermişdir. Quranda qeyd edilən Samiriyə toxunulmaması hökmü də, münafiqlərin adətən xəstə və murdar olmasına işarə edir.

(A9 TV; 14 dekabr 2017)

Hər şeyin sonu olduğunu bilmək insanın məqbul olmasını təmin edər. İnsanı Allaha yönəldər. Gəncliyin bitəcəyini bilmək, insanların böyük hissəsində olan eqoistliyi, nankorluğu, mərhəmətsizliyi, dünya hərisliyini, Allaha şirk qoşma məntiqini əzər. Xəstəlik də, ölüm də Allahın insanların doğru yaşaması üçün aldığı tədbirdir.

(A9 TV; 14 dekabr 2017)

Bəzi müsəlmanlar küfr əhli ilə də, münafiqlərlə də elmi mübarizə aparmaq istəmir. Münafiqlərlə mübarizə məsələsindən narahat olurlar. Belə şəxslər əsasən namazdan da uzaq dayanır və qətiyyən əziyyətə, elmi mübarizəyə talib olmurlar. Bu, qəlbində xəstəlik olmasının əlamətidir.

(A9 TV; 14 dekabr 2017)

Keçmiş və gələcək tək bir an içindədir. Sonsuz əvvəl və sonsuz sonra Allah dərgahında tək bir an içindədir. Bu mövzu Allahın böyüklüyünü düşünməkdə mühüm dəlildir. Allahın şənini layiqincə təqdir etmək əhəmiyyətlidir. Allahın böyüklüyünə dair dəlilləri görmək və yaxşı düşünmək lazımdır. Əgər dar düşünsən bu həyatına bədbəxtlik, bərəkətsizlik, narahatlıq kimi əks olunar. Dar düşünsən Allah həyatını daraldar.

(A9 TV; 13 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)