Qiyamət təxirə salındı. Bunun fərqində deyil insanlar. MEHDİYYƏT VƏSİLƏSİ İLƏ QİYAMƏT TƏXİRƏ SALINDI. Mehdiyyətdən bəhs edildiyi üçün, Mehdi (ə.s)-dan bəhs edildiyi üçün, Mehdi (ə.s) fəaliyyətdə olduğu üçün, Mehdi tələbələri fəaliyyətdə olduğu üçün, Mehdiyyət çox xatırlandığı üçün QİYAMƏTİ QOPARACAQ MƏLƏK ALLAHIN ƏMRİ İLƏ GERİ DÖNDÜ.
(A9 TV; 21 dekabr 2012)
Qiyamət qopacaqdı, qiyaməti qoparacaq olan mələk geri döndü. Çünki Mehdi (ə.s), Mehdiyyət gündəmdə idi. Nə deyir peyğəmbərimiz (s.ə.v)? “Qiyamətin qopmasına bir gün qalsa, bir an qalsa, bir saat qalsa, bir dəqiqə qalsa övladlarımdan Məhəmməd Mehdi (ə.s) gələcək” deyir və “Allah o günü uzadacaq. Qiyaməti təxirə salacaq” deyir.
(A9 TV; 21 dekabr 2012)
Ustadımız Səid Nursi Həzrətləri kürddür, kürdlüyü ilə biz fəxr edirik. Mövlana Xalid Həzrətləri kürddür, kürdlüyü ilə fəxr edirik. Səlahaddin Əyyubi kürd idi, kürdlüyü ilə fəxr edirik. Üləmanın, böyük alimlərin, İslam alimlərinin böyük hissəsi kürddürlər. Kürdlər çox mübarək insanlardır, mübarək bir birlikdir.
(A9 TV; 21 dekabr 2012)
Böyük Yaxın Şərq Proyekti İslam aləminin inteqrasiya olunması deyil, parça-parça olması üstünə quruludur. Məsələn, Suriyanı parçalamaq, Türkiyəni parçalamaq, İranı parçalamaq hər yeri parça-parça etmək, çox kiçik federativ dövlətlərə bölüb İslam Birliyini qeyri-mümkün etmək. Müsəlmanların buna qarşı edəcəkləri ən gözəl şey Böyük Yaxın Şərq Layihəsini Böyük Osmanlı Layihəsinə çevirib əksinə birləşdirici olmaqdır.
(A9 TV; 24 dekabr 2012)
Başçılıq sistemi təhlükəlidir. Çünki ondan sonra federasiya təklif ediləcək kimi görülür. O zaman Türkiyə parça-parça olar. Onsuz da federasiya təklifinin əsl məqsədi İslam Birliyinə maneə olmaqdır. Mehdiyyətə maneə olmaq üçün edilən şeytani bir layihədir.
(A9 TV; 24 dekabr 2012)
Bir müsəlman xanımın ilk axtaracağı şey təqvadır, qarşısındakı insanın özünü Allaha həsr edib-etməməsidir. Allah aşiqi olub-olmadığıdır.
(A9 TV; 24 dekabr 2012)
Allah aşiqi olmaq fərqli, mal aşiqi olmaq fərqlidir. Mal aşiqi malla gəlir, malla gedər, yəni mala çevrilər. Allah aşiqi Allah üçün sevər. Allah üçün sevdimi dünyada da, axirətdə də xoşbəxt olar.
(A9 TV; 24 dekabr 2012)
Kommunizm ictimai ədalət məntiqini, inancını haradan almışdır ? Mehdiyyətdən almışdır. Karl Marks Allahsız Mehdi olaraq ortaya çıxmışdır. Yəni dəccal olaraq ortaya çıxmışdır. Ona qarşı həqiqi Mehdi, Allah aşiqi Mehdi (ə.s) zühur etdi.
(A9 TV; 24 dekabr 2012)
Biz sosializmin yəni kommunizmin Allahsız, Kitabsız, dinsiz, imansız istiqamətini tənqid edirik. İctimai ədalət istiqamətini tənqid etmirik. Çünki Mehdiyyətin də edəcəyi ictimai ədalətdir onsuz da.
(A9 TV; 24 dekabr 2012)
Dövlətin insanları qoruyub mühafizə etməsi, onlara malı bərabər paylaması, sərvəti bərabər paylaması Mehdiyyət ruhudur.
(A9 TV; 24 dekabr 2012)





