Elə günlər gələcək ki, qadınlar tək başına Şama qədər gedə biləcəklər. Nə kommunist hücumu, nə PKK hücumu, nə qadınların bıçaqlanması, vurulması nə qadına zorakılıq, rüsvayçılıqlar, nə bu qoçuluqlar, bunların heç biri olmayacaq. Hər kəs qardaş olub bir-birini sevəcək. Hüzur və güvən içində yaşayacaqlar. Bu günlər çox yaxındadır. Yəni 3-5 ilə qədər hər şey çox dəyişəcək. inşaAllah, səy göstərməyə davam edək.

(A9 TV; 27 dekabr 2012)

Müsəlman heyran olunan bir insandır. Mühüm olan iffətli olmalarıdır. Onlar harada nə geyinəcəyini bilərlər. İman, ağıl, iradə, iffət vardır.

(A9 TV; 27 dekabr 2012)

Keyfiyyətsiz cəmiyyət yıxılmağa məhkumdur. Allah keyfiyyətsiz cəmiyyəti yıxır. Hz. Süleyman (ə.s) dövründə müasirlik, gözəllik, estetika, sənət, sevinc vardı. Allah dünya hakimi etdi. Hz. Zülqərneyn zamanında da elə sevinc, gözəllik, estetika, elm vardı. Allah dünya hakimi etdi. Allah onun xaricində icazə vermədi.Həmişə məhv oldu. Səbəb fanatizmdir.

(A9 TV; 27 dekabr 2012)        

Peyğəmbərimiz (s.ə.v), “Mehdi (ə.s)-ı görən, qış olsa da, qar olsa da, buzda sürüşmək olsa da, sürünsə də onun yanına getsin” deyir. Orada nəzərdə tutulan “Soyuq hava deyə xidmətdən imtina etməyin.” “Əgər Mehdi (ə.s)-ı tanıdınızsa, Mehdi (ə.s)-a ürəkdən bağlandınızsa fəaliyyətinizə davam edin”. Mənası budur. Soyuq hava insanları fikrindən daşındırar bəzən. Soyuğu, qışı, qarı bəhanə etməyəcəksən, xidmətə davam edəcəksən.

(A9 TV; 25 dekabr 2012)               

İstanbul bizlərə əmanətdir inşaAllah. Mehdi (ə.s)-a əmanət, tələbələrinə əmanətdir. Biz də Mehdi (ə.s) tələbəsiyik, bizlərə əmanətdir inşaAllah. Mehdi (ə.s) bizi buraxmaz biz də Mehdi (ə.s)-ı buraxmarıq.

(A9 TV; 25 dekabr 2012)              

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)