Qardaşlıq, İslam Birliyi ruhu hamımızda eyni olmalıdır. Evimiz, partiyamız ayrı ola bilər, ayrı idman klublarına mənsub ola bilərik, ayrı iş yerlərində işləyə bilərik. Amma məqsədimiz bir olacaq. Məqsədimiz İslam Birliyi olacaq, Türk-İslam Birliyi olacaq inşaAllah.

(A9 TV; 25 dekabr 2012)

Allah “Hz. İbrahim (ə.s)-ın dini kimi asandır” deyir, Quran ayəsidir. Allah “Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər” deyir. Bir qisim insanlar dini çətinləşdirməyə çalışır, olmayan şeyləri var kimi göstərir. Allah dini asanlaşdırmış, insanların üzərindəki ağır zəncirləri qaldırmışdır. Deyir ki, Cənab Allah peyğəmbərimiz (s.ə.v)-ə, “Onların üzərindəki ağır təklif zəncirlərini qaldırırsan.”

(A9 TV; 23 dekabr 2012)

İslam Birliyi olanda Türkiyə Avropaya arxa çevirməz, Avropa ilə qucaqlaşar. Avropa ilə iç-içə olar. Türkiyə Avropadan daha yüksək mədəniyyətə, daha keyfiyyətli bir sənət anlayışına, daha gözəl azadlıq və demokratiya anlayışına sahib olacaq. Buna görə Türkiyədə və İslam aləmində Avropanın etina edəcəyi bir quruluş olacaq. Belə bir quruluşda Avropa ilə Türkiyə təbii ki, qucaqlaşacaq, iç-içə olacaq. Başqa cür ola bilməz.

(A9 TV; 21 dekabr 2012)

Mehdi (ə.s)-ın xatirinə qiyamət təxirə salınmışdır. Onlar da zənn edir ki, öz-özünə təxirə salınır. Öz-özünə təxirə salınmır. Mehdi (ə.s)-ın vəsiləsi ilə, Mehdi (ə.s)-ın hörmətinə təxirə salınır, inşaAllah.

(A9 TV; 21 dekabr 2012)                                 

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)