Dünyada imandan ləzzətli bir şey yoxdur. Cənnətdə də ən ləzzətli şey imandır, Allah sevgisidir. Rəbbimiz orada Cümə günləri gözəl bir cavan simasında zühur edib cənnət əhlinə salam verəcək.
(A9 TV; 24 dekabr 2012)
Heç bir paltarı fabrik tikməz. Hamısını Allah edər, amma səbəblər içində olduğu üçün, insanlar fabrikin düzəltdiyini zənn edir. Heç bir televiziyanı, radionu, heç bir texniki cihazı fabrik düzəltməz, hamısını Allah edər. Amma möcüzə bir sistem olduğu üçün və Allah böyük bir səbəb-nəticə əlaqəsi yaratdığı üçün insanlar onu fərqinə vara bilmirlər. Milyon təfərrüatla Allah onu pərdələmişdir.
(A9 TV; 24 dekabr 2012)
Din, həqiqətən, Qurandan öyrənilər. Quran çox dəqiq, başa düşüləndir. Hər oxuyanın anlayacağı şəkildədir. İnkar edənlərin də anlayacağı şəkildədir. İnkar edən vicdani olaraq anladığı halda rədd edir.
(A9 TV; 24 dekabr 2012)
Ələvilik adı üstündə hz. Əlini sevmək deməkdir. Hz. Əlini sevməyən onsuz da müsəlman deyil. Əhli-Beyti sevməyən adam müsəlman deyil. Dini, imanı yoxdur elə adamın.
(A9 TV; 22 dekabr 2012)
Ələvilər fanatikliyə qarşıdır, igiddirlər, ələvilər cavan, qoçdurlar. Hər hansı bir yerdə ələvilərin qılına toxunmağa çalışsalar göy qübbəsini təpələrinə keçirərik. Heç bir yerdə quldurluq, psixopatlıq etdirmərik.
(A9 TV; 22 dekabr 2012)
Ələvi demək Allah eşqi ilə divanə olmuş insan deməkdir, Allah eşqi ilə coşmuş insan deməkdir. İnsanı sevərlər, heyvanları sevərlər, bitkiləri sevərlər. Hacı Bekdaşın ceyran qucağında bir rəsmi vardır aslanla, o sevgini ifadə edər.
(A9 TV; 22 dekabr 2012)
Qurana əl vurmağa qoymurlar, namaz qıldırmırlar, küçəyə çıxa bilmir… Qadına əziyyət etməkdən əl çəkin. Qadına sevgi, hörmət göstərəcəksiniz, nəzakət göstərəcəksiniz. Siz necə azadsınızsa qadın da azaddır.
(A9 TV; 22 dekabr 2012)
Allah quluna əziyyət etməz. Allah müsəlmanların acı içində yaşamasını istəməz. Allah qadınların acı çəkməsini istəməz. Allah qadınları sevər. Onları sevilsin deyə yaradır Allah, onları acı çəkmələri üçün yaratmadı.
(A9 TV; 22 dekabr 2012)
Xərçəng olan uşaqların dərmanını alması üçün, ödənişsiz müalicə olması üçün dövlət bir təməl qursun. Biz o təməli dəstəkləyək.
(A9 TV; 22 dekabr 2012)
Allah niyə Osmanlını qurdurdu? Çünki Qurana çox diqqətli idi. Fanatizm yox idi. Sevgi dolu idilər. Hz. Süleyman (ə.s)-a niyə Allah dünya hakimiyyəti verdi? Sənət, estetika, elm, sevgi hər yeri əhatə etmişdi. İnsanlar yıxılmağı da, yenidən qurulmağı da çox yaxşı düşünməlidirlər.
(A9 TV; 22 dekabr 2012)





