İman zəifliyi olsa Allah dünyanı qovurur, xoşbəxtlik vermir. Osmanlının məhv olmasının səbəbi odur, Səlcuqluların məhv olmasının səbəbi yenə odur. Fanatik bir quruluş inkişaf edəndə, mühafizəkar bir quruluş inkişaf edəndə, sənət, elm, sevgi azalanda, Quranın özündən uzaqlaşanda mütləq fəlakət gəlir.

(A9 TV; 22 dekabr 2012)

Allah Osmanlını niyə yıxdı? Xalqın çox bir hissəsi sənətə, estetikaya və elmə qarşı olduğu üçün yıxdı. Dövlət qarşı deyildi, amma xalqın çoxu qarşı idi. Dövlət saraylar tikdirirdi, bulaqlar bəzəməyə çalışırdı, amma xalqın böyük hissəsi elmə və sənətə qarşı idi. Fanatizm geniş olaraq ətrafı əhatə etmişdi. Buna görə Allah Osmanlını yıxdı.

(A9 TV; 22 dekabr 2012)

Bu vaxta qədər Allah dünyaya İslamı niyə hakim etmədi deyə düşünmürlər. Hz. Süleyman dövründə niyə hakim etdi? Çünki hz. Süleyman çox şən idi, xaricə meylli idi, sənətə və elmə çox əhəmiyyət verirdi. Möhtəşəm bir sistem olunca Allah İslamı dünyaya hakim edir. Allah səfaləti dünyaya hakim etməz.

(A9 TV; 22 dekabr 2012)

Çarşab hökmdür, Quranda çadra ilə əlaqədar hökm yoxdur. O asan olduğuna görə onu sanki İslamın əsas mövzusu kimi gecə-gündüz “çadra, çadra, çadra”. Əsas mövzu İslam Birliyidir. Əsl mövzu İslam Birliyidir.

(A9 TV; 18 dekabr 2012)

Cənub-şərqdə kommunist qüvvələri, kommunist gücləri hüquq qüvvəsi olaraq oraya salmarıq. Türk əsgərindən, Türk polisindən başqa orda heç kim olmaz. Müstəqil bir dövlət orada qurdurmarıq. Federasiya da olmaz. Avtonom bir bölgə də olmaz. Bunu unutsunlar.

(A9 TV; 18 dekabr 2012)     

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)