Hədislərdə hz. İsa (ə.s)-ın ərəb qızla evlənəcəyi bildirilir. Hz. İsa (ə.s) Axırzamanda olduğumuzu çox yaxşı bilir. Bəzi xristianların üçləmə inancının yanlışlığını, yəni özünün İlah olmadığını vurğulamaq üçün xüsusi olaraq evlənir. Hz. İsa (ə.s)-ın ikinci dəfə dünyada gəldiyi zaman övlad sahibi olmasının hikmətlərindən biri yenə İlah olmadığını vurğulamaq istəməsidir.

(A9 TV; 14 dekabr 2017)

İxlas və səmimiyyət eyni mənalara gəlir. Səmimiyyət həyatın ən vacib, ən böyük əhəmiyyətə malik nöqtəsidir. Allah Quranda təkcə səmimi qullarının xilas olacağını bildirir. Dolayısilə Allah insanı səmimiyyətinə görə dəyərləndirər. Səmimi insana hər qapı açılar.

(A9 TV; 14 dekabr 2017)

İslam əxlaqı bütün dünyaya hakim olduğu zaman texnologiya və elm coşacaq. Yeni ixtiralar ediləcək, yeni texnologiyalar yaradılacaq. Heç görülməmiş texnoloji alətlər istehsal ediləcək. Texnologiya həmişə yüksəlib ən yüksək dərəcəyə çatacaq. Bütün dünya Allah eşqinin insanlara nə cür gözəlliklər etdirə biləcəyini görəcək. 60-70 illik müddətdə bütün bu hadisələr yaşanacaq. Lakin İslamın pozulmağa başlaması ilə birlikdə texnologiyanın inkişafında da geriləmə baş verəcək.

(A9 TV; 14 dekabr 2017)

Mahnıların bir çoxunda həmişə qadınlara dair sevgiyə, hörmətə uyğun olmayan, təhqir tərzində üslublar işlədilir. Qadınları (guya) alçaltma və onların dəyərini az göstərmə mənası daşıyan və ya bilavasitə olaraq bu mənaya gələn heç bir bəstənin yazılmasına icazə verilməməsi lazımdır. Bütün incəsənət xadimlərimizin bu mövzuda çox həssas olmalarını xahiş edirik.

(A9 TV; 14 dekabr 2017)

Axirətdə bütün fizika qanunları dəyişəcək. Cənnətdə maddə özü işıqlıdır, hər hansı işıq mənbəyinə ehtiyac yoxdur. Cazibə qanunu yoxdur. Cənnətdə istədiyimiz zaman uça bilərik, istədiyimiz vaxt yerə ayaq basıb yeriyə bilərik. Tamamilə istəməyimizdən asılı olacaq. Suyun altında üzərkən nəfəs alına bilər. Cənnətdə insan bədənində heç bir orqan olmayacaq, qan dövranı olmayacaq, insan ən mükəmməl surətdə əbədi yaşayacaq.

(A9 TV; 14 dekabr 2017)

İnsanların çoxu mövhumatçılığı Allaha yaxınlıq zənn edir. Özünə əziyyət verməyi dindarlıq kimi bilirlər. İnsanların mövhumatçılıqdan xilas ola bilməsi üçün Quranın kafi olmasından bəhs edilməli və bu yanlış inancın Quranla ziddiyyət təşkil etdiyini göstərmək lazımdır.

(A9 TV; 14 dekabr 2017)

Şeytan münafiqləri müəyyən yolla mütləq əsas struktura, həmin an dünyadakı dəccal qüvvəsi hansıdırsa ora bağlayar. Münafiqdə ağıl yoxdur, sadəcə şeytanın ilhamı ilə zəkalıdır. Şeytan heyrətamiz dərəcədə ağılsızdır, lakin çox zəkalı varlıqdır. Axmaq duyğusallığı vardır. Allahı çox sevdiyini iddia edər, lakin eyni zamanda haşa Allaha ağıl öyrədər. Tam psixopat xarakteri vardır. Cəhənnəmdə belə ədabazlıqda qətiyyətli olur, əl çəkmir.

(A9 TV; 14 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)