Təbii ki, Qüdsdə hər zaman müsəlmanlar olacaq. Qüds müsəlmanların, xristianların, musəvilərin birlikdə ibadət etdikləri şəhər olaraq qalacaq. Əks istiqamətdəki düşüncə onsuz da heç vaxt qəbul edilə bilməz. İsrail hökumətinin ərazi sərhədlərində irəliləmək niyyətlərinin olmadığına dair rəsmi bəyanat verməsi gözəl olar.
(A9 TV; 15 dekabr 2017)
Tayyib hocamızın bugünkü çıxışında; “Rəbbimin lütfü ilə batmayan günəşin doğmasına az qaldı” şəklindəki ifadələri bilavasitə mehdiyyətə işarə edir. Tayyib hocamızın yolu da xalis mehdiyyət hərəkətidir. Buna görə Allah bu qədər bərəkət, müvəffəqiyyət nəsib edir ona. “Batmayan günəşin doğması” ifadəsi həm hədislərdə, həm Nəcib Fazilin şerlərində, həm də Bədiüzzamanın əsərlərində açıq şəkildə mehdiyyət üçün işlədilir. Tayyib hocamızın üslubu da tam mehdiyyət üslubudur. Buna görə də, prezidentimizi Allah rizası üçün şəhidliyi gözə alaraq dəstəkləyirik.
(A9 TV; 15 dekabr 2017)
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır.
(A9 TV; 15 dekabr 2017)
Münafiqdə hər gözəlliyin ziddi vardır. Doğru danışmaq normal insanın xüsusiyyətidir, lakin münafiq dəlilik tərzində yalan danışar. Özünü böyütmək münafiqin xüsusiyyətidir. Öz qövmündən, öz millətindən utanmaq münafiq rəftarıdır. İngiltərə dərin dövləti, rumilik, homoseksuallıq təhlükələrini həmişə münafiqlər vəsiləsi ilə diaqnoz etdik. Dəccaliyyət müsəlmanlara qarşı həmişə münafiqlərdən istifadə edər. Cinayət meyli, türk millətindən nifrət, Tayyib hocamıza qarşı heyrətamiz qəzəb, həmişə münafiqlərdə var. Belə insanlarla Quranla mübarizə aparmaq fərzdir. Küfr əhli ilə, münafiqlərlə fikri mübarizə müsəlman üçün nemətdir.
(A9 TV; 15 dekabr 2017)
Səbirli olmaq nəciblikdir, gözəllikdir, bərəkətdir. Səbirli olunduğu zaman, insan dostunu itirməz, sevgini, sevgiliyi qazanar. Səbirlə gözəllik yaranar. Səbir Allahın Cənnət üçün vəsilə etdiyi mühüm əsasdır.
(A9 TV; 15 dekabr 2017)
Fosillər bütün dünyada dövlətlər tərəfindən gizlədilib xalqa göstərilmir. ABŞ-da, Rusiyada, hər yerdə fosillər üzərində oyun oynanır. Dövlətlərin əlində 700 milyondan çox fosil olduğu halda, hamısı anbarlarda gizli saxlanılır. Ən az 7 trilyon fosil də sərbəst halda təbiətdə var. Lakin bəzi fosil bölgələrinə giriş qadağan edildi. Hər yerdə yeni fosil çıxardılmaması üçün tədbir alırlar. Əgər fosillər darvinizmi dəstəkləyən mahiyyətdə olsaydı, bütün dövlətlər bu fosilləri nümayiş etdirərdi və nümayiş etdirməsini də zəruri edərdi. Lakin fosillər darvinizmin əsassızlığını sübut edən ən mühüm dəlillərdən olduğu üçün, hər yerdə dövlət yolu ilə insanlardan gizlənir.
(A9 TV; 15 dekabr 2017)
Allah həmişə insanlarla birlikdədir. Hamımız Allahın ruhunu daşıyırıq. Allah bizə eşqi, ehtirası öyrədir. Allahın ən sevdiyi eşq və ehtirasdır. Allah eşqi və ehtirası əbədiyyən yaşamağımızı istəyir. Allahın bizi yaratmaqdakı əsas məqsədi budur. Eşqin içində mərdlik, fədakarlıq, səxavət, səbir, bağışlayıcılıq, təmizlik, nəzakət, mədəniyyətli və ədəbli olmaq, pak insan olmaq kimi çox müxtəlif zənginliklər var. Allah çox zəngin, böyük ruhun üzərinə hakim edir bu sevgi və eşqi. O zaman həyat məna qazanır.
(A9 TV; 15 dekabr 2017)
Qadına Allah qorusun darvinist məntiqlə təkcə ət və sümük gözü ilə baxılsa, mənfəət əldə etmə istəyi ilə yanaşılsa, həqiqi sevgi və hörmət yaranmaz. Lakin qadın Allah qorxusu və Allah sevgisi ilə Allahın gözəl təcəllisi olaraq sevilsə, o zaman Allah əbədi sevgiyə açılan Allah sevgisini qadının qəlbinə yerləşdirər. İnsan sevdiyi və dəyər verdiyi qadında Allah eşqini sonsuz təcəlli olaraq tapar. Sonsuz sevgidə də heç vaxt azalma və tükənmə olmaz. Qadına Allah üçün hörmət edilsə, bu Allaha qarşı ibadət hökmündə olar. Allahın təcəllisi olaraq görüb qadına hörmət edilsə, Allaha qarşı hörmət edilmiş olar. Qadına Allahın təcəllisi olaraq sevgi, şəfqət bəslənilməsi, mərhəmət edilməsi həmişə ibadət hökmündə sayılar.
(A9 TV; 15 dekabr 2017)
Baş nazirimiz çox dəyərli insandır. Sanki hz. Əli kimi, çox təvazökar, çox məzlum insandır. Üslubu çox dürüst, çox sakitdir, çox səmimi və şəndir. Heç bir dünya hərisliyi yoxdur. Xalqın arasından olan bir insan kimi çox səmimidir. Eynilə Tayyib hocamız da çox gözəl əxlaqlı, çox təvazökar insandır. Tayyib hocamızın üslubunda prezident olduqdan sonra da heç bir dəyişiklik olmadı, rəftarı heç dəyişmədi. Əvvəllər necə idisə, indi də eyni məzlumluqda, eyni təvazökarlıqda, eyni səmimilikdədir. Babaların, nənələrin əllərini öpüb alnına qoyur, xalqımızla diz çöküb yerdə yemək yeyir. Tayyib hocamın vətənə, millətə, davaya zərər ehtimalı olduğu zaman Allah üçün kin bəsləməsi də çox təbii haqqıdır.
(A9 TV; 15 dekabr 2017)
Yaradılışı təmin edən təməl qüvvə ilə əlaqə çox əhəmiyyətlidir. Bu təməl qüvvənin hər şeyə hakim olduğu açıq-aydın görünür. Bu təməl qüvvəyə, əsas qüvvəyə, ən böyük qüvvəyə tam mənası ilə bağlanmaq və Onun dediklərinə görə, Onun istəklərinə görə həyatı yönləndirmək ən ağıllı davranışdır. Allaha və Qurana tabe olunduğu zaman həyat mükəmməl olar, əks təqdirdə həyat faciəyə dönər.
(A9 TV; 15 dekabr 2017)





